Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
11 ölkə “AstraZeneca” vaksininin istifadəsini dayandırdı
Vaksin - peyvənd

Almaniya, İtaliya və Fransa koronavirusa qarşı “AstraZeneca” vaksinin istifadəsi müvəqqəti olaraq dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu, sözügedən vaksinin qanda laxtalanma riski yaratması ilə əlaqədardır.

Almaniya Səhiyyə nazirliyinin məlumatına görə, ölkədə peyvənd məsələsində səlahiyyətli olan Paul-Erlik İnstitutunun bu istiqamətdəki tövsiyəsi ilə bu qərar alınıb:

“Vaksin qanda laxtalanma riski yaratması səbəbindən müvəqqəti olaraq tətbiq edilməyəcək. Avropa Dərman Agentliyi (EMA) yeni araşdırmaların vaksinin tanınmasına təsir edib-etməyəcəyinə qərar verəcək”.

İtaliya da bu vaksinin istifadəsini müvəqqəti olaraq dayandırıb.

Bundan başqa, Fransa Prezidenti Emmanuel Makron peyvəndin istifadəsinin sabah günortaya qədər dayandırıldığını açıqlayıb.

Qeyd edək ki, bu vaksinin istifadəsini təxirə salan ölkələrin sayı 11-ə çatıb. Bunlar Niderland, İrlandiya, Norveç, Danimarka, İslandiya, Rumıniya, İndoneziya, Bolqarıstan, İtaliya, Fransa və Almaniyadır.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »