Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan Azərbaycan əleyhinə daha bir addım: qatili öz ölkəsinə göndərdi
Qandal - Həbs

Qarabağ müharibəsi zamanı Rusiyada azərbaycanlılarla ermənilər arasında xeyli kütləvi dava baş vermişdi. Hərçənd, müharibəyə qədər də tərəflər ölkədən kənarda az üz-üzə gəlməmişdi. Hələ 6 il əvvəl Sankt-Peterburqda ermənilər bir azərbaycanlını qətlə yetirmişdi. Onda həmin şəxslər həbs olunmuşdu.

Bizimyol.info xəbər verir ki, Rusiya qatillərdən birini Ermənistana təhvil verib. Arman Arakelyan ölkəsinə ekstradisiya edilib. Bu haqda mətbuata onun vəkili Artur Daşyan məlumat verib.

Vəkil deyib ki, 2017-ci ildən bunun üçün çalışırmış. Hətta Arakelyanın ailə üzvləri buna görə etiraz aksiyası da keçiribmiş.

Arakelyan Azərbaycan vətəndaşını qətlə yetirdiyinə görə 18 il azadlıqdan məhrum edilmişdi. Onunla yanaşı, Aşot Orbelyan və Hayk Tadevosyan da məsuliyyətə cəlb olunmuşdu. Qətldə iştirakçı olan dördüncü erməni məsuliyyətdən yayına bilmişdi. Arakelyan cəzasının təxminən 5.5 ilini Murmansk şəhərindəki həbsxanada çəkib.

Qatil Azərbaycanın qədim torpaqlarından olan Üçkilsə rayonunda doğulub. Daşyan deyib ki, valideynləri Arakelyanla görüşmək üçün Rusiyaya gedib-gələ bilmirlər. Vəkil ekstradisiya məsələsində bu amilin vacib rol oynadığını bildirib.

Hadisə 2015-ci il sentyabrın 14-də Sankt-Peterburqun Setevoy küçəsində, Arakelyana məxsus restoranda baş vermişdi. O, ifadəsində bildirmişdi ki, A.Muradov ağır söyüş söydüyünə görə aralarında münaqişə yaranıb. Dörd erməni azərbaycanlını yarımcan edəndən sonra “Volkswagen” markalı avtomobilin yük yerinə qoyaraq, Krasnıy Bor qəsəbəsinə aparıblar. Orada Muradova 15 bıçaq zərbəsi endiriblər. Bundan sonra meyiti basdıraraq, avtomobili yandırıblar.

Azərbaycanlının itkin düşməsi barədə onun həyat yoldaşı hüquq-mühafizə orqanlarına xəbər verib. Araşdırmalar zamanı Muradovun qətlə yetirildiyi müəyyənləşdirilib. Ermənilər beləcə həbs olunub.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Azərbaycan efirində təhlükəli vəziyyət: “Bu, tezliklə həll olunmalıdır”
››› Prezident Qubadlıda məscidi sökənlərlə bağlı tapşırıq verdi
Son xəbərlər
Bütün xəbərlər »