Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev jurnalist Cəmil Məmmədli barədə məhkəməyə müraciət edib.
Bu barədə Bizimyol.info-ya Xaçmazda yaşayan C.Məmmədli özü məlumat verib.
Jurnalist bildirib ki, şikayətə səbəb onun icra başçısı barəsində hazırladığı qısametrajlı filmlər olub.
Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtanatma) maddəsi ilə xüsusi ittiham qaydasında şikayət Xaçmaz Rayon Məhkəməsinə təqdim edilib.
İş hakim Anar Sadıqovun icraatına verilib.