Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Adı olub, özü olmayan ictimai nəzarət şuraları - Kim kimi zərərsizləşdirir?
Məmur   - kreslo

2014-cü ildə dövlət başçısı İctimai İştirakçılıq haqqında qanun imzaladı və hər bir dövlət qurumunun fəaliyyətinə nəzarət məqsədilə ictimai şuralar yaradıldı. Bu qanun Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyirdi. Şuralar da yaradıldı, üzvləri də var. Amma ortaya hansı bir fəaliyyət qoyurlar, nə fayda verirlər, bu barədə danışmaq xeyli çətindir.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü dövlət qurumları yanında ictimai şuraların təşkil edilməsinə münasibət bildirib. Onun sözlərinə görə dövlət qurumlarının fəaliyyətinin, gördüklərə işlərin şəffaf olması üçün vətəndaş cəmiyyəti təmsilçiləri ictimai nəzarəti həyata keçirirlər və bu iş özlüyündə çox əhəmiyyətlidir. Mübariz Göyüşlü Bizimyol.info-ya bildirib ki, bu işin gerçəkləşdirilməsində bəzən çox ciddi problemlər müşahidə olunur: “Bəzi dövlət qurumlarının rəhbərləri bu işi qanunda nəzərdə tutulduğu şəkildə icra etmək əvəzinə pozuntulara yol verirlər ki, bu da öz növbəsində problemlərə yol açır. Hətta bəzən elə bir pozuntular, nöqsanlar baş verir ki, bu Azərbaycan hökumətinin rəsmi qurumları, rəsmi təmsilçiləri tərəfindən də gündəmə gətirilir. Düşünürəm ki, buna səbəb İctimai Şuranın yaradılmasından bəzi qurum rəhbərlərinin qorxması, bəzilərinin isə bunun əhəmiyyətini anlamaması, barmaqarası yanaşmasıdır”.

Təşkilat sədri ictimai şura üzvlərinin seçilməsi zamanı pozuntulara yol verilməsini tənqid edib. O bildirib ki, seçkilərin obyektiv şəkildə keçirilməməsi nəticəsində həmin qurumun rəhbəri şuraya istədiyi şəxsləri keçirir və bu yolla da bir növ həmin qurumu “zərərsizləşdirmiş” olur: “Halbuki ictimai şuranın seçkisinə qurumun rəhbərinin hansısa formada müdaxiləsi yolverilməzdir. Ədalətli seçkiylə layiqli namizədlər seçilməli və onlar də həmin qurumun fəaliyyətinin şəffaflığına, üzərinə düşən işi doğru-dürüst şəkildə icra etməsinə nəzarət etməlidirlər. Qurum rəhbəriynin müdaxiləsilə bu artıq ictimai şura olmur, həmin orqanın bir şöbəsinə, hətta deyərdim ki, tam səlahiyyətsiz şöbəsinə çevrilir”.

Mübariz Göyüşlü bir sıra məmurlaşmış QHT rəhbərlərinin bir neçə şurada təmsil olunmasının da yanlış olduğunu deyib: “Həmin şəxslərin ən müxtəlif profilli, fəaliyyət istiqamətli qurumlardakı ictimai şuralarda vəzifə tutmaları cəmiyyət tərəfindən haqlı olaraq narazılıq yaradır. Bəziləri artıq bu sahədə məmurlaşıblar. Bəzilərinin fəaliyyəti sadəcə yer tutmaqdan ibarətdir. Həmin yer tutanların əksəriyyəti bu şuralarda heç bir töhfə vermirlər, sadəcə o qurumlar vasitəsilə öz şəxsi problemlərini, yaxınlarının hansısa işlərini həll edirlər. Məhz bunun nəticəsidir ki, o qurumlardakı problemlər gündəmə gəlmir, gündəmə gələnlər isə həll edilmir”. Müasir İnkişaf Birliyinin sədri dövlət başçısının və rəsmi şəxslərin xəbərdarlıqlarından, nəzarətindən sonra bu sahədə də vəziyyətin düzələcəyinə inandığını vurğulayıb. Onun sözlərinə görə nümunəvi şəkildə ictimai şura yaradan, onun fəaliyyətinə dəstək olan dövlət orqanları da var. O, bu nümunələrin yayılmasının və bu sahədəki fəaliyyətin düzəlməsinin önəmli olduğunu qeyd edib.

İlhamə

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »