Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Axsayan təhsili pandemiya şikəst etdi
Onlayn təhsil, dərs

Pandemiya şəraitində təhsilin yaratdığı müəyyən üstünlüklər və çətinliklər var. Azərbaycanda bu üstünlüklər nədir, onu dəqiq demək mümkün deyil. Çünki, distant təhsilə keçidi çox keyfiyyətli şəkildə həyata keçirə bilməmişik. Distant təhsil elə təşkil edilməlidir ki, bu, təhsil sistemində yeni bir mərhələnin uğurlu başlanğıcı olsun.

Ötən bir il bizim böyük uğurlar qazandığımızı göstərməsə də, lazım gələrsə bunu edə biləcəyimizin mesajını verdi. Pandemiya dövründə Bakı kimi əhalinin sıx yerləşdiyi şəhərlərdə distant təhsilin yaxşı cəhəti olaraq onu qeyd etmək olar ki, tıxaclardan, yollarda itirilən vaxtlardan uzaq qalırsan, çox yorulmadan, vaxta qənaət edərək təhsil ala bilirsən. Amma yarı distant, yarı məktəb divarları arasında keçirilən, bu çətin dövrü əhatə edən təhsil prosesi haqqında “hamı məmnundur” sözünü işlətmək imkansızdır. Yol getməyin əziyyətindən yorulanlar üçün evdə oturub dərsə qoşulmaq daha sərfəlidir. Üstəlik, müəllim əlavə repetitor fəaliyyəti göstərirsə,onun üçün də distant təhsil əla versiyadır. Amma onu da yarıtmaz vəziyyətə salmasalar.

Bu şikayəti 2 övlad anası olan jurnalist Fəridə Rüstəmova səsləndirib.

“Dünən saat 18:33 -də telefonda "Valideynlər qrupu"na mesaj gəldi və bildirildi ki, 15.03.2021-ci il tarixindən məktəbimiz distant təhsilə keçir. Sabahdan dərslər distant cədvələ uyğun olaraq keçirilməlidir!"

Bu mesajı oxuyub arxayın olduq. Heç demə, biz yuxuda olarkən qərarlar dəyişdirilibmiş. Dünən saat 23:03-də gələn mesajı isə səhər gördüm:

" Üzürlü sayın, lakin indi idarədən daxil olan tapşırığa əsasən sabah dərslər məktəbdə keçirilməlidir.

Gecənin o vaxtı qərar dəyişdirərlər? Bu şəkildə qərarları kim verir, anlamaq olmur”.

Uşqları 59 saylı məktəbdə təhsil alan Aynurə Rəhimova da eyni şəkildə şikayətçidir. “Bizə elan ediblər ki, uşaqları məktəbə gətirin. Amma müəllim sinfə daxil olmadan deyir, niyə gətirisiniz, oturun evdən distant dərs keçək. Siz valideynlərdən asılıdır, siz gətirməsəniz, biz də distant dərsi arxayın deyə bilərik. Bununla belə, şagird geri qalarsa, qiymət ala bilməyəcəksə , məsuliyyəti məktəb daşımır”.

Bu qaydalarla keçirilən dərsdən hansı keyfiyyəti gözləmək olar.Ümumiyyətlə, Təhsil Nazirliyinin qərarlarına hər məktəb niyə pərakəndə şəkildə riayət etməlidir?

Təhsil eksperti Elçin Əfəndi bizimyol.info-ya verdiyi açıqlamda bildirib ki, əslində bu şəkildə dərs demək məktəb müəllimlərinə sərf edir.

“Bu kimi yanlış qərarları adətən məktəb rəhbərləri alır. Burda valideyn şikayətində haqlıdır, amma məsuliyyət Təhsil Nazirliyinin yox, təhsil müəssisəsinin üzərinə düşür. Pandemiya səbəbilə bağlanma əmri olarsa, konkret olaraq bağlanma mümkündür.Və ya konkret hansısa kənd və ya şəhərdə sərtləşdirilmiş karantin elan edilərsə.Və yaxud hansısa məktəbdə yoluxma sayı artarsa, nazirlik o məktəbin dəsrləri dayandırmasına göstəriş verir. Əks halda məktəb müəllimi, direktor “dərsə gəlməyin” deyə qərar verə bilməz. Məktəb direktoru alınan bütün qərarlar barədə valideynlərə öncədən xəbərdarlıq etməlidir. Valideynlərin Təhsil Nazirliyinin 146 qaynar xəttinə zəng edib, öz narazılıqlarını ifadə etmək haqları var”,- deyə ekspert qeyd edib.

Yaxın qohumlarımdan biri rayonda kənd məktəbinin direktoru işləyir. Belə məsələlərdən söz düşəndə deyir ki, əslində direktorlar da bu müddətdə məktəblərin bağlanmasında maraqlıdırlar. Çünki İcra Hakimiyyəti iclas keçirir, hər direktordan 500 manat istəyir. Biz bunu məktəb açıq olanda bir təhər həll edə bilirik. Məktəblər bağldırısa, alınmır, əziyyət çəkirik .Yəni balıq başdan iylənir. Bir direktorun adı pul yığılması məsələsində hallanırsa bunu yalnız öz cibi üçün etmir. Virusa yoluxdum deyib, xəstə adıyla uzaqlaşmaq ən salamatıdır”,- deyə adının çəkilməsini istəməyən direktor bildirib.

Qeyd edək ki, hazırda Bakı şəhərində 5 məktəb olmaqla, .agirdlərdə koronavirus aşkarlanması səbəbindən ölkə ərazisində bir neçə orta məktəbdə dərslər tamamilə distant qaydada keçirilir.

İlhamə

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »