Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda İlaxır çərşənbə və Novruz mərasimləri təxirə salınır
Novruz Bayramı

Martın 16-sı Azərbaycanda İlaxır çərşənbədir. Ardıcıl olaraq gələn Su, Od və Yel çərşənbələrindən sonra sonuncu – Torpaq çərşənbəsi qeyd ediləcək.

Turkustan.info-nun məlumatına görə, hər il böyük təntənə ilə keçirilən bayram bu il pandemiya səbəbilə geniş qeyd olunmayacaq. Həmçinin, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən metrostansiyaların yaxınlığında təşkil edilən bayram yarmarkaları da keçirilməyəcək.

BŞİH-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, pandemiya dövründə kütləvi tədbirlərin təşkili ilə bağlı qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir.

İndiyədək quruma bayram tədbirlərinin təşkili, o cümlədən, atəşfəşanlıqla bağlı hər hansı göstəriş verilməyib.

Qeyd edək ki, hər il Novruz bayramı ərəfəsində şəhərin bəzədilməsi, “İçərişəhər”dən, “Qız qalası”ndan başlayan tədbir Dənizənarı bulvara qədər uzanırdı. Tədbirdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, həmçinin bir sıra rəsmilər iştirak edirdi.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »