Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Silsilə oğurluqlar edən şəxs saxlanılıb
Oğurluq  - oğuru

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 10 ünvandan oğurluq etməklə vətəndaşlara 17 min manatdan artıq maddi ziyan vuran rayon sakini saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran rayonunun Şilavar kənd sakini S.Kərimova məxsus yaşayış evindən dəyəri 8 min manatdan artıq olan qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Aparılan araşdırmalarla oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Mikail Qasımov Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb və oğurlanmış zinət əşyalarının bir qismi ondan maddi sübut kimi götürülüb. Salxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan psixotrop maddə metamfetamin də aşkarlanıb.

M.Qasımovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun əlavə olaraq Lənkəran rayonu ərazisində 1 nəfərin əl çantasından, 3 evdən, 3 mağazadan, 2 həyətdən dəyəri 9490 manat dəyərində məişət əşyaları, nağd pul, tütün məmulatları və s. oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş »
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› İntiar etmək istəyən gənc qızı ustalar ixilas edib
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »