Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş həkim: "Məktəbdə infeksion xəstəlik aşkar olunarsa, həmin ərazi ocaqlı dezinfeksiya olunur"
Səhiyyə Nazirliyi

“Dezinfeksiyaedici maddələr ocaqlı və profilaktik dezinfeksiya məqsədilə istifadə olunur. Ocaqlı dezinfeksiyada infeksion xəstəlik keçirmiş xəstənin olduğu yer dezinfeksiya edilir, profilaktik dezinfeksiyadan isə infeksion xəstəliyin yaranmasının qarşısını almaq üçün istifadə edilir. Bu məqsədlə virus və bakteriyaların daha cox yayılmasına səbəb olan yerlər- əhalinin sıx məskunlaşdığı ərazilər, məktəblər, müəssisələr dezinfeksiya olunur”.

Bunu Səhiyyə Nazirliyi Bakı Şəhər Dezinfeksiya Mərkəzinin baş həkimi Akif Məmmədov deyib. O bildirib ki, dezinfeksiyaedici maddələr mikroorqanizimləri, yəni xəstəlikləri virus və bakteriyaları qısa müddətdə məhvetmə xüsusiyyətinə malik olmalı, həmçinin insan orqanizmi üçün də zərərsiz olmalıdır:

“Təhsil müəssisələrində dezinfeksiya işləri adətən nəm üsulla aparılır. Bu üsulda məktəblərdə dezinfeksiya işləri apardıqdan 2 saat sonra nəm dəsmal ilə silinməlidir. Dezinfeksiya məqsədilə bromosept istifadə olunur. Bu zaman da sinif otaqları, partalar, pəncərəaltlıqları, pilləkən tutacaqları dezinfeksiya olunur. Profilaktika məqsədilə həftədə 1 dəfə ancaq məktəbdə infeksion xəstəlik aşkar olunarsa, istisna olaraq həmin ərazi ocaqlı dezinfeksiya olunur. Bu dezinfeksiyalarla yanaşı məktəblərdə növbələrarası cari dezinfeksiya işləri də aparılmalıdır”.

Baş həkim qeyd edib ki, bu maddələr normalda insan orqanizmi üçün zərərsizdir, amma ehtiyatsızlıq nəticəsində əlimiz dəysə və yaxud da hər hansı nahiyəmizə təmas etsə, ziyanı ola bilər:

“Əldə, dəridə qaşınma, qızartı, gözdə göynəmə hissi yarana bilər.

Əsasən təhlükəsizlik qaydalarına diqqət etməliyik. Bunun üçün də öncə bu işi görən işçilər xüsusi geyimlərdən (xüsusi əlcək, maska, eynəklərdən) istifadə etməlidir. Digər insanların təhlükəsizliyi üçün müvafiq əməkdaşlar təlimatlandırılır”.(apa)

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »