Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda peyvəndlənmənin ilk mərhələsinə start verilib
Peyvənd - Həkim iynə

Bu gündən Gürcüstanda koronavirusa qarşı vaksinasiyanın ilk mərhələsi başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu mərhələdə peyvənd yalnız tibb işçilərinə könüllülük əsasında vurulacaq.

Peyvəndləmə Tbilisi və ölkə üzrə 29 regional tibb müəssisəsində başlayıb. Martın 17-dən 35, martın 19-dan isə 23 tibb məntəqəsi prosesə qoşulacaq.

İlk mərhələnin iki həftə ərzində başa çatdırılacağı nəzərdə tutulub. Tibb işçilərindən sonra növbəti mərhələdə qocalar evlərinin sakinləri və işçiləri peyvənd olunacaqlar. Üçüncü mərhələdə isə 75 yaşdan yuxarı şəxslər vaksinasiyadan keçəcəklər.

Qeyd edək ki, Gürcüstan martın 13-də 43 200 dozadan ibarət “AstraZeneca” vaksini əldə edib. Növbəti partiyanın ölkəyə aprelin ikinci yarısında çatdırılacağı gözlənilir. Martın 22-dən sonra isə qonşu ölkənin 14 500 doza “Pfizer” peyvəndi tədarük edəcəyi gözlənilir.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »