Məlum olduğu kimi, dünən media orqanlarının, QHT-lərin rəhbərləri, ictimai fəallar, blogerlər Ağdama səfərə gedib. Bu səfər əsasən müsbət rezonans doğurub. Ancaq səfərə dəvət olunmamasından narazı qalanlar da var. Məlumat var ki, belə səfərlər davam edəcək.
Yazıçı-jurnalust Azər Qismət feysbukda paylaşdığı statusunda bu barədə yazıb: "Növbəti səfər işğaldan azad olunmuş Füzuli rayonuna olacaq. Bu barədə Ağdamda məlumat verildi. Tamam başqa heyət gedəcək. QHT rəhbərləri və nümayəndələri, blogerlər, ictimai fəallar. Dəvət etsəydilər, yenə gedərdim. Gözəl-gözəl reportajlar edərdim. Gedəcək həmkarlarıma uğurlar arzulayıram".
Bundan əvvəl xarici diplomatların işğaldan azad olunmuş ərazilərə səfərləri olub və onları çoxsaylı edən jurnalustlər müşaiyət edib. Ayrıca jurnalistlərin Füzuli və Cəbrayıla səfəri olub. Şuşaya, Laçına, Kəlbəcərə gedənlər də vardı. Verilən məlumatlara görə, işğaldan azad edilmiş bölgələrə səfərlərin davamı və medianın daha geniş spektrdə iştirakı gözlənilir.