Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"KASPERSKY LAB” Azərbaycanı qorxudub, malını satmaq istəyir
Ələsgər Məmmədli: "İstənilən bu tip antivirus xidməti göstərən qurumlar riskin yüksək olduğunu iddia edib, həmin ölkədə daha çox satış edə bilər"

"Kaspersky Lab”-ın vitse-prezidenti kommersiya qurumlarının rəhbəridir, ona sərf edir ki, kiberhücumlar haqqında riskləri qabardıb, malını satsın”.

Bunu Sherg.az-a "Kaspersky Lab" şirkətin vitse-prezidenti Anton Şinqaryovun Azərbaycanın kiberhücumlara məruz qalma təhlükəsi haqqında açıqlamalarını şərh edərkən media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyib.

O bildirib ki, istənilən bu tip antivirus xidməti göstərən qurumlar riskin yüksək olduğunu iddia edib, həmin ölkədə daha çox satış edə bilər:

"Ona görə, bu fikri 100 faiz həqiqət kimi qəbul etmək doğru olmaz. Sözsüz ki, internetin fəaliyyət göstərdiyi istənilən dövlət təhlükəyə məruz qala bilər. 2012-ci ildə kütləvi şəkildə bir neçə dövlət qurumumuz bu hadisə ilə qarşılaşdı. Sözsüz ki, geosiyasi mövqedən qeyd olunan fikrin həqiqət olmasını da danmırıq. Azərbaycan elə çoxğrafı məkanda yerləşir ki, bir tərəfdə İran, digər tərəfdə Azərbaycanın torpaqlarını işğal edən Ermənistan, şimalda Rusiyanın olması buna zəmin yaradır. Çünki sistemli şəkildə onların maraqları var ki. ölkədə müəyyən problemlər yaratsın və nəticədə zərər vursun.

Amma təbii ki, müəyyən standartlar çərçivəsində çalışmaq lazımdır ki, müəyyən təhlükəsizlik tədbirləri görülsün. Əsas məsələ odur ki. yaxşı qorunma lisenziyalı proqramların istifadəsini tətbiq edək. Eyni zamanda İT ilə məşğul olan mütəxəssislərin sayının çoxalmasına və bu sahədə fəaliyyət göstərməsinə şərait yaradılsın və maarifləndirmə tədbirləri genişləndirilsin. Bundan əlavə dövlət qurumlarının bununla bağlı geniş təhlükəsizlik tədbirləri görmək üçün resursları olmalıdır. Həm də bu sahədə mərkəzləşmiş şəkildə təhlükəsizliklə məşğul olan qurumlar müəyyən olunmalıdır ki, sistemli şəkildə boşluqları görsün və onu başqaları deyil, özləri qaradan qaldırsın”.

Qeyd edək ki, vitse-prezidentin sözlərinə görə, "Kaspersky Lab" şirkətinin təsisçisi və baş icraçı direktoru Yevgeni Kasperski yaxın günlərdə Bakıya səfər edəcək.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »