Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət İmtahan Mərkəzində TOEFL iBT və SAT imtahanları keçirilib
Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində (DİM) 13 mart 2021-ci il tarixində SAT və TOEFL iBT imtahanları keçirilib.

DİM-dən Bizimyol.info-ya verilən məlumata görə, koronavirusla (COVID-19) əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

SAT imtahanında 3 əcnəbi olmaqla 58 nəfər iştirak edib. İmtahan nəticələrinin martın 26-dan etibarən elan olunması gözlənilir.

Növbəti SAT (SAT Subject) imtahanı mayın 8-də keçiriləcək.

SAT imtahanına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar: http://dim.gov.az/activities/exams/sat/

TOEFL iBT imtahanında isə 1 əcnəbi olmaqla 14 nəfər iştirak edib.

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının martın 27-də keçirilməsi nəzərdə tutulur.

Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://dim.gov.az/activities/exams/toefl/

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Peskov Putinin Sibir sevgisindən danışıb
Son xəbərlər
Bütün xəbərlər »