Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrlandiyada “AstraZeneca” vaksinindən istifadənin dayandırılması tövsiyə olunub
Vaksin - peyvənd

İrlandiya İmmunlaşdırma üzrə Milli Məsləhət Şurası “AstraZeneca” vaksinindən istifadəni dayandırmağa çağırıb.

APA-nın xəbərinə görə, bu barədə İrlandiya Səhiyyə Nazirliyinin “Twitter” səhifəsində paylaşım edilib.

Buna səbəb peyvənd vurulan şəxslərdən 4-nün qanında ciddi laxtalanmanın qeydə alınmasıdır.

Qeyd edək ki, İrlandiya İmmunlaşdırma üzrə Milli Məsləhət Şurası Səhiyyə Nazirliyinə tövsiyələr hazırlayan müstəqil ekspert qrupudur.

Xatırladaq ki, Avstriya, Danimarka, Norveç, İslandiya, Estoniya, Litva, Lüksemburq, Cənubi Kipr, Latviya, İtaliya və Tailand Krallığı COVID-19-a qarşı “AstraZeneca” vaksinindən istifadəni müvəqqəti dayandırıb. Səbəb kimi vaksinin az effektli olması və peyvənd vurulan bəzi şəxslərdə qan laxtalanmasının əmələ gəlməsi göstərilir. Qeyd olunan ölkələr peyvəndin hər hansı problem yaradıb-yaratmadığı aydınlaşana kimi peyvənddən istifadəni müvəqqəti dayandırmağa qərar verib.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
Son xəbərlər
Bütün xəbərlər »