Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həftəlik ulduz falı: 15-21 mart, 2021
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 15-21 mart, 2021-ci il tarixləri üçün həftəlik ulduz falını təqdim edir:

Qoç - Tezliklə hadisələrin mərkəzinə gələcəksiniz, amma həftənin əvvəlində ciddi dəyişiklik olmayacaq. Özünüzü zəif hiss edirsinizsə, - təşvişə düşməyin, bu çox vaxt önəmli hadisələr ərəfəsində olur. Həftə üçün məsləhət: özünüzü çox yükləməyin, güc yığın və 20 martdan etibarən möhtəşəm bir başlanğıc üçün güc lazım olacağını unutmayın!

Buğa - Sizə elə gələ bilər ki, ətrafınızda maraqlı heç nə baş vermir. Bu belə ola bilər, ancaq özünüzü cilovladığınıza görə də hadisələrdən kənarda qala bilərsiniz. İndi ən maraqlı proseslər şüurunuzda yer alır - yeni fikirlər, ideyalar, planlar ortaya çıxır. Bütün bunlar tezliklə reallığa çevrilə bilər.

Əkizlər - Bu həftənin gözəlliyi ondan ibarətdir ki, son dərəcə intizamlı və təmkinli olacaqsınız. Bu, əzmkarlıq, inadkarlıq və yüksək diqqət tələb edən hər bir iş üçün əla vaxtdır. Ulduzların bu cür uğurlu birləşməsindən istifadə etməyə çalışın. Uğurlarınızın sırasında maliyyə gəlirləri də var. Bu həftə ulduzlar sizing tərəfinizdədir.

Xərçəng - Karyeranızda, iş yerinizdə və ya təhsilinizdə dəyişikliklərə hazır olun. Yeni təqdimat ola bilər. Və ya sizə vacib bir vəzifə həvalə oluna bilər. İş yerini dəyişdirmək istəyən Xərçənglər yaxşı bir CV yazmağa başlamalıdırlar. İş axtarmağa isə martın 22-dən sonra başlamaq daha yaxşıdır, amma hələlik – qanadlanmağa hazırlaşın.

Şir - Günəşin sizin üçün dost olan Qoç bürcündən keçməsi xoş bir dirçəliş gətirəcək: yeni şeylər öyrənmək, yeni hədəflər seçmək, səyahət etmək və yeni zirvələri fəth etmək istəyəcəksiniz. Həftənin ulduz falı tətillər, işgüzar səfərlər və təhsil planları üçün boş vaxtınızdan səmərəli istifadə etməyi tövsiyə edir.

Qız - Qız bürcünün nümayəndələri çox çalışmalı olacaqlar, amma bu bir yük olmayacaq, çünki əməyin nəticələri dərhal məmnun edəcək. Sənədləri düzəldə biləcəksiniz, işdə "uzunmüddətli yenidənquma"nı bitirə, evdə işləri qaydasına sala biləcəksiniz. Pluton sizə həvəs və güc verəcək, həftənin sonunda özünüzdən çox məmnun qalacaqsınız.

Tərəzi – Qoç bürcünə doğru hərəkət edən Günəş və Venera Tərəzilərin diqqətini həm işgüzar, həm də romantik tərəfdaşlarla münasibətlərə yönəldəcək. Yeni fürsətlər olacaq, seçim etmək üçün müqayisələr apara bilərsiniz. Sevgi məsələlərində bu həftə ulduzlar sevincli hadisələr vəd edir: görüşlər, tanışlıqlar, xoş söhbətlər…

Əqrəb - Pəhriz, gündəlik rejim, iş-ev marşrutu, həftə sonları dincəlmək üsulları kimi ən çox təkrarladığınız şeylərdə dəyişiklik etməyə hazırlaşın. Həyat düzəlişlər edəcək və bəlkə də bunu bir TV aparıcısı, həkim və ya məşqçinin tövsiyəsi ilə edəcəksiniz. Çətin olsa da, geri dönmək lazım deyil. Dəyişiklikləri qarşılayın.

Oxatan - Bu həftə, xüsusən daşınmaz əmlak və ya ailə işlərində yaxşı pul qazana bilərsiniz. Bununla birlikdə, tezliklə diqqətiniz yaradıcı layihələrə, valideyn vəzifələrinə, idmana, əyləncə tədbirlərində iştiraka yönələcək. Həftə üçün ulduz falı deyir ki, burada çox parlaq və xoş nailiyyətlər mümkündür.

Oğlaq - Oğlaqların logistika, rabitə, sərnişin daşınması, yüklərin çatdırılması kimi sahələrdə yaxşı imkanları var. Bu bürcdən olan bir çox insanlar öz istedadlarına və ya xarizmalarına əsaslanan şəxsi layihələrində şanslı olacaqlar. Həftə sonunda xəyallara qapılmağa və planlar qurmağa hazır olun.

Dolça - Həftə Dolçaya heç bir yaddaqalan hadisə gətirməyəcək, amma həftə sonu hər şey mümkündür! Yaradıcı bir yüksəlişdə olacaqsınız və bu sizin üçün vacibdirsə, yaradıcı olmaq üçün vaxt ayırın. Ulduzlar deyir ki, həftə boyunca sevgililər bir-birlərini heyran edə biləcəklər.

Balıq - Bürcünüzdə həm artım görünür, həm də azalma. Günəş və Venera Qoç bürcünə girəcək, amma Merkuri onların yerini alacaq. Düşüncələrinizi asanlıqla tərtib edə biləcəksiniz, buna görə vacib olan yerdə işə başlayın. 20 və 21 mart tarixlərində maliyyə hədəflərinizə diqqət yetirməyiniz tövsiyə olunur - yaxın gələcəkdə pul mövzusunda şanslı olacaqsınız.

Paylaş »
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi
Son xəbərlər
Bütün xəbərlər »