Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya baş nazirinin Baydenlə görüş tarixi məlum oldu
Co Bayden

Yaponiyanın baş naziri Yoşihide Suqa ABŞ prezidenti Co Baydenlə Vaşinqtonda 9 aprel tarixində görüşə biləcək.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, Yaponiyanın Baş naziri Yoşihide Suqa 8 apreldə ABŞ-a səfər edəcək, 10 apreldə isə rəsmi səfər yekunlaşacaq. Yaponiya nümayəndə heyətinin tərkibində təqribən 90 nəfər olacaq.

Qeyd edək ki, Y.Suqa martın 12-də hökumətin və hakim koalisiyanın rəsmi nümayəndələrinin görüşü zamanı bu səfərdən Yaponiya-ABŞ ittifaqını daha da inkişaf etdirmək üçün istifadə etməyə çalışacağını deyib.

Baş nazir ümid etdiyini bildirib ki, C.Baydenlə görüş zamanı hər iki tərəfin müxtəlif məsələlərlə bağlı fəaliyyətini əlaqələndirmək barədə razılıq əldə olunacaq. Y.Suqa belə məsələlər sırasında iqlim dəyişmələri, Çinlə bağlı problemlər, Şimali Koreya tərəfindən oğurlanan Yaponiya vətəndaşları mövzularının xüsusi yer tutacağını da bildirib.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »