Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gümrüdəki Rusiya bazasında hərbçi və arvadına hücum edilib: Hər ikisi yaralanıb
Rusiyanın Ermənistandakı hərbi bazası

Ermənistanda maskalı şəxs Gümrüdə yerləşən 102 saylı Rusiya bazasının hərbi qulluqçusu və həyat yoldaşına hücum edərək onları yaralayıb.

Bu barədə Shamshyan.com məlumat yayıb.

Hadisə 10 mart tarixində yaşanıb. Şirak əyalətinin Gümrü rayonunda saat 21:00-da elektrik enerjisi kəsilib. Bu zaman 40 yaşlı Roman Romanov enerji təchizatının nə zaman bərpa olunacağını öyrənmək məqsədilə həyətə çıxıb.

Bundan sonra R.Romanovun həyat yoldaşı Siruş V. həyətdən səslər eşidib və çölə çıxdıqdan sonra həyat yoldaşının üzündə maska olan naməlum şəxslə dalaşdığını görüb. Qadın bu zaman qışqıraraq qonşuları köməyə çağırıb və polisə müraciət edəcəyini bildirib.

Bundan sonra maskalı şəxs ona da hücum edib və bıçaqla xəsarət yetirdikdən sonra ərazidən qaçıb.(oxu.az)

Paylaş »
››› Müharibə bitib, diplomatik savaş ən qaynar fazaya keçib
››› “Yaşın çoxdur deyib işə almırlar, yaşın azdır deyib pensiya vermirlər”
››› “Tıq-tıq” nağıllarını Tiktok rüsvayçılığı əvəz edəndən sonra..
››› Qərb mətbuatı: “Türk dronları Azərbaycana qələbə gətirdi”
››› Laçındakı Həkəri körpüsü erməni şirkəti tərəfindən təmir edilir…
››› Mal əvəzinə naz satan qızlar: “Almasanız, müdir məni qovacaq”
››› Ərzaq qiymətlərinin yüksəlməsi Rusiyada böyük narazılıq dalğası yaradıb
Son xəbərlər
Bütün xəbərlər »