Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda daşnakların hərbi təlimlərə çağırılması təklif edilir
Erməni batalyonu

Qarabağ separatçılarının təhlükəsizlik üzrə keçmiş "müşaviri" Tiqran Abrahamyan hökuməti hərbi təlimlərlə bağlı sərt tədbirlər görməyə çağırıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Abrahamyan ölkədə keçirilən hərbi təlimlərə ehtiyatda olan keçmiş döyüşçüləri və könüllüləri də cəlb etməyi məsləhət bilib.

Bir neçə dəfə Müdafiə Nazirliyinə və Silahlı Qüvvələrin Baş Qərargahına ehtiyatda olanların hərbi təlimlərə çağırılmasına təklif etdiyini söyləyən Tiqran, hətta "Daşnaksütun" nümayəndələrinin də ordu təlimlərində iştirakını vacib hesab edir: "İlkin təhlillər göstərir ki, müharibədəki əsas problemlərimizdən biri ehtiyatda olanların və könüllü birləşmələrin uyğunsuz hərəkətləri olub. Silahlı Qüvvələrin döyüş hazırlığı planlarına ehtiyatda olanlar, könüllülər də cəlb edilməli, taktiki təlimlərə, atışlara qatılmalıdırlar. Könüllü dəstələr haqqında danışarkən 90-cı illərdən bəri formalaşan, lakin artıq institusional xarakter daşıyan "Daşnaksütyun", "SS Leopards" və s. kimi qrupları nəzərdə tuturam. Yeri gəlmişkən, bildiyim qədərilə onların bəziləri müharibə bitdikdən sonra hazır vəziyyətdədir. Təcrübəli döyüşçülər olmadan müharibəni qazanmaq mümkün deyil. Bu o deməkdir ki, ehtiyat qüvvələr silahlı qüvvələrin döyüş səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlərdə iştirak etməlidir. Başqa seçimimiz yoxdur".

Paylaş »
››› Müharibə bitib, diplomatik savaş ən qaynar fazaya keçib
››› “Yaşın çoxdur deyib işə almırlar, yaşın azdır deyib pensiya vermirlər”
››› “Tıq-tıq” nağıllarını Tiktok rüsvayçılığı əvəz edəndən sonra..
››› Qərb mətbuatı: “Türk dronları Azərbaycana qələbə gətirdi”
››› Mal əvəzinə naz satan qızlar: “Almasanız, müdir məni qovacaq”
››› Laçındakı Həkəri körpüsü erməni şirkəti tərəfindən təmir edilir…
››› Ərzaq qiymətlərinin yüksəlməsi Rusiyada böyük narazılıq dalğası yaradıb
Son xəbərlər
Bütün xəbərlər »