Krımın Rusiyaya birləşdirilməsi barədə qərar Donbasda baş verən faciəli hadisələrin burada təkrarlanmaması məqsədilə qəbul edilib.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 24” kanalına müsahibəsində deyib.
"Krımda ardıcıl və kifayət qədər qəddar hərəkətləri izlədikdən sonra, bu gün Donbasda şahidi olduğumuz faciəli hadisələrin burada da baş verməsinin mümkünlüyünü düşündüm. Məhz hadisələrin bu cür inkişafının qarşısını almaq, Krım sakinlərinin iradəsini sərbəst şəkildə ifadə etməsi üçün lazımı addımlar atmaq barədə qərarın qəbuluna məcbur olduq", - Putin əlavə edib.
Onun sözlərinə görə, əsas məqsəd krımlılara necə yaşamaq istədikləri barədə fikirlərini bildirmə imkanı vermək olub.
Azvision.az xatırladır ki, 2014-cü ilin martında Krımda referendum keçirilib, nəticədə yarımada Rusiyaya birləşdirilib. Bundan sonra Rusiyaya qarşı beynəlxalq birlik tərəfindən sanksiyalar tətbiq edilib. Krım beynəlxalq aləmdə Ukraynanın ərazisi olaraq tanınır.(virtualaz.org)