Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlikdən faktiki hava şəraiti ilə bağlı açıqlama
Bakıda qar yağıb

Martın 13-ü saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib.

Bizimyol.info xəbər verir ki, bu barədə ETSN-nin Milli Hidrometeorologiya Xidməti məlumat verib.

Bildirilir ki, qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 56, Sarıbaşda (Qax) 46, Yardımlı, Qusarda 33, Şahdağda 28, Daşkəsəndə 27, Kişçayda (Şəki) 26, Altıağacda 24, Qubada 20, Lerikdə 19, Xaltanda 16, Qrızda 12, Oğuz, Şahbuzda 10, Şəki, Göyçayda 9, Şabran, Tovuzda 8, Qəbələ, Gədəbəydə 7, Xaçmaz, Mingəçevirdə 4, Qobustan, Naftalanda 2, Balakən, Zaqatala, Kürdəmirdə 1 sm olub.

Düşən yağıntının miqdarı Göytəpədə 40, Lerik, Lənkəranda 20, Naxçıvanda 17, Mingəçevirdə 15 mm, digər rayonlarda 5 mm-dən 12 mm-dək, Bakıda və Abşeron yarımadasında 1-3 mm təşkil edib.

Şimal-şərq küləyi səhər saatlarından başlayaraq 7-12 m/s-dək zəifləyib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.5 metrdir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0.4-0.6, aran rayonlarında 0-2, dağlıq rayonlarda 7-11, yüksək dağlıq ərazilərdə 13-17, Naxçıvan MR-da 3-11 dərəcə şaxta olub.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zelenski cəbhədə çətin anlar yaşadı - Video
››› Müstəntiqlər Moskvada qətlə yetirilən Əli Heydərovun ölümü ilə bağlı iki versiya irəli sürüb
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
Son xəbərlər
Bütün xəbərlər »