Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Prezidenti yeni iqtisadi islahatlar paketini açıqlayıb
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni iqtisadi islahatlar paketini elan edib.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Türkiyə lideri qeyd edib ki, iqtisadi və hüquqi sahələrdə islahatlar paketinin hazırlanmasına hələ 2020-ci ilin noyabrında başlanılıb.

Ərdoğan ölkənin xəzinə və maliyyə naziri Lütfi Elvanın son aylarda iş dünyası və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə danışıqlar apardığını qeyd edib. Hökumət milli iqtisadiyyatda islahatlar üçün bütün təklif və tövsiyələri araşdırıb.

“Bacarıqlı və səriştəli idarəetmə sistemi sayəsində Türkiyə 2009-cu il qlobal böhranının nəticələrini və sonrakı bütün siyasi, sosial və iqtisadi çətinlikləri uğurla dəf edib. Türkiyənin inkişaf yolunu Cümhuriyyətin 100 illiyinin qeyd olunacağı 2023-cü il dövrü üzrə hədəflər əsasında davam etdirə bildik”.

Ərdoğan islahat paketinin məqsədinin milli iqtisadiyyatın sabit mütərəqqi inkişafını təmin etmək olduğunu vurğulayıb: “İslahat paketinin məqsədi investisiya, istehsal, məşğulluq və ixracata köklənən iqtisadi artımdır. İqtisadi islahatlar paketi ölkəmizin gələcək inkişafı üçün bir yol xəritəsidir və bunu xalqın dəstəyi ilə həyata keçirəcəyik. Dəyişikliklərin yeni mərhələsi makroiqtisadi sabitliyin və struktur islahatlarının təmin olunmasına yönəlib. Prioritetlər arasında inflyasiya ilə mübarizə, maliyyə intizamının təmin edilməsi və cari kəsirin azaldılması da var. 2021-ci ilin sonuna qədər büdcə kəsirinin 4,3%-dən 3,5%-dək endirilməsi planlaşdırılır”.

Prezident qeyd edib ki, islahatlar paketində xərclərin planlaşdırılmasına xüsusi diqqət yetirilir.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
Son xəbərlər
Bütün xəbərlər »