Böyük Britaniyada son sutka ərzində 6609 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 248 286 nəfərə çatıb.
APA-nın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 175 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 125 343 nəfərə çatıb.