Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə-Hüquq Şurasının üzvlərinə verilən əlavə pul təminatının hesablanması qaydası dəyişir
Milli Məclis

Məhkəmə-Hüquq Şurasının üzvlərinə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün Ali Məhkəmənin hakimlərinin əmək haqqının deyil, vəzifə maaşının 25 faizi məbləğində aylıq əlavə pul təminatı veriləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentə tövsiyə olünan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, əməkhaqqı əmək stajının müddətindən asılı olaraq fərqli olur. Əmək Məcəlləsinə əsasən, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə etdirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Vəzifə maaşı isə işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.

Hazırda bir sıra normativ hüquqi aktlarda əmək haqqı ifadəsi vəzifə maaşı ifadəsi ilə əvəz edilib. Layihədə nəzərdə tutulan dəyişikliyin əsas məqsədi “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunun təkmilləşdirilməsidir.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
Son xəbərlər
Bütün xəbərlər »