Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə benzinin qiymətində antirekord qeydə alınıb
Benzin - yanacaq

Aviareyslər yavaş-yavaş bərpa olunur. Dünya ənənəvi həyat tərzinə qayıtmasa da, müəyyən işartılar gözə dəyir. Baş verənlər ayrı-ayrı ölkələrdə benzinin qiymətinə təsirsiz ötüşmür.

Bizimyol.info xəbər verir ki, Rusiyada benzinin qiymətində antirekord qeydə alınıb. Sankt-Peterburq beynəlxalq ticarət-xammal birjasında Aİ-92-nin tonu 55 min 750 rubla (759 ABŞ dolları) təklif olunur. Martın 12-də gün ərzində 1.71 faiz artım qeydə alınıb. İlin əvvəlindən isə Rusiyada benzinin topdansatış qiyməti 12.33 faiz artıb.

Moskva, Rusiya Moskva, Rusiya

Rusiya Energetika nazirliyinin açıqlamasında deyilir ki, qiymət artımının əsas səbəbi bazarda fəallıq yaranması, mövsümün gəlişidir. Hərçənd, hökumət bir müddətdir ictimaiyyəti qiymət artımına hazırlayırdı. Hətta indeksləşdirmə məsələsi müzakirəyə çıxarılmışdı.

Yanvarda baş nazirin müavini Aleksandr Novak bildirmişdi ki, benzinin qiymətinin artırılması inflyasiyanın dərəcəsinə uyğun həyata keçiriləcək. Bu isə qiymətlərin daha sürətlə yüksəlməsii fonunda səslənmişdi. Çünki əvvəllər hər həftə 3-5 kopeyek artım olurdu. Fevralın sonlarından sürət xeyli artmağa başlayıb.

Azərbaycanda son qiymət artımından sonra A-92-nin litri 1 manata (0.588 dollar) satılır. Bu, dünyanın xeyli ölkəsiylə müqayisədə ucuz görünür. Məsələn, Honkonqda benzinin litri 2.419, Niderlandda 2.038, Norveçdə 2.014, Mərkəzi Afrika Respublikasında isə 1.985 dollaradır. Amma, məsələn, Azərbaycanda qiymətin Əfqanıstanla müqayisədə yüksək olması yalnız təəccüb doğura bilər. Postsovet ölkələrindən Qazaxıstanda, Türkmənistanda, Qırğızıstanda da bizdən aşağı qiymət müşahidə olunur. Venesuela (0.02) və İran (0.059) ucuzluğa görə xüsusi fərqlənir.

Paylaş »
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
Son xəbərlər
Bütün xəbərlər »