Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya Bankı Azərbaycanda ədliyyə sahəsində aparılan islahatlar barədə hesabat verib
Bank

Dünya Bankının (DB) ədliyyə sistemində islahatlar layihəsi çərçivəsində Sumqayıt məhkəmə kompleksinin, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin və Masallı Rayon Məhkəməsinin tikintisi başa çatdırılıb.

“Report” bankın layihənin vəziyyəti barədə hesabatına istinadən xəbər verir ki, hazırda açılışları yazda baş tutmalı olan binaların təhvil verilməsi prosesi gedir.

“Elektron məhkəmə sisteminin əsas elementləri olan Məlumatların Emalı Baş Mərkəzi (Bakıda) və Məlumatların Emalı Ehtiyat Mərkəzi (Yevlaxda) tamamlanmaq üzrədir. Ehtiyat Məlumat Mərkəzi beynəlxalq sertifikat almaq üçün “stres testindən” keçib. Məlumatların Emalı Baş Mərkəzinin sertifikatlaşdırma da daxil olmaqla, 2021-ci ilin yazında istifadəyə verilməsi planlaşdırılır”, - hesabatda deyilir.

DB qalan iki bölgədə - Gəncə və Şirvanda elektron məhkəmə sisteminin tətbiq edilməsini qaçılmaz hesab edir.

“DB-nin maliyyə dəstəyi ilə tikilən elektron məhkəmələr çox enerji qənaətlidir. Elektrik enerjisi tariflərindəki son (iyul 2017) artım vəziyyətində onlarda kvadrat metrə görə aşağı enerji istehlakı göstəricisi qeydə alınıb. Bundan əlavə, ağıllı məhkəmələrdə DB layihəsi çərçivəsində inşa edilmiş bütün məhkəmələrdə quraşdırılmış məhkəmə iclaslarının audio-video transkripsiyası üçün sistem və avadanlıq mövcuddur. Ümumilikdə 66 belə məhkəmə var”, - hesabatda vurğulanıb.

Xatırladaq ki, hazırda işlər DB-nin Direktorlar Şurası tərəfindən 26 mart 2020-ci ildə təsdiqlənmiş 50 milyon ABŞ dolları həcmində əlavə maliyyələşdirmə çərçivəsində aparılır. Bununla yanaşı, bank 2014-cü ilin iyul ayında təsdiqlənmiş ilkin kredit şərtlərini 30 iyun 2021-ci ilə qədər uzadıb.

Bankın 2014-cü ildə həyata keçirilməsi üçün 100 milyon ABŞ dolları həcmində kredit təsdiqlədiyi “Ədliyyə sahəsində xidmətlər və yüksək texnologiyalı məhkəmə infrastrukturu” layihəsinin 30 iyun 2020-ci il tarixində başa çatması gözlənilirdi. Bu layihə çərçivəsində ədliyyə sistemi işçiləri üçün təlimlər, məhkəmələrin inzibati binalarının tikintisi və ədliyyə sahəsində xidmətlər sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub.

Əlavə maliyyələşdirmə vəsaitləri ədliyyə xidmətlərinin göstərilməsinin yaxşılaşdırılması (bu işlərin dəyəri 43,84 milyon ABŞ dolları həcmində qiymətləndirilir), institusional potensialın və səmərəliliyin gücləndirilməsi (25,8 milyon ABŞ dolları), ədliyyə infrastrukturunun genişləndirilməsi və müasirləşdirilməsi (59,71 milyon ABŞ dolları), layihənin idarəolunması və koordinasiyası (12,89 milyon ABŞ dolları), ədliyyə sisteminin işləməsi və göstərilən xidmətlərin yaxşılaşdırılması üçün transformasiya texnologiyalarının sınaqdan keçirilməsi (4,83 milyon ABŞ dolları) üçün nəzərdə tutulub. Gözlənilməyən xərclər üçün 2,67 milyon ABŞ dolları ayrılıb.

Əlavə maliyyələşdirmə çərçivəsində işlərin həyata keçirilməsinin 2024-cü il iyun ayının sonunadək başa çatdırılması planlaşdırılır. Hazırda bu kreditin 14 %-i (7 milyon ABŞ dolları) artıq istifadə olunub.

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Navalnı “Qurani-Kərim”ə görə həbsxananı məhkəməyə verdi
Son xəbərlər
Bütün xəbərlər »