Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ortopedik protezlərə ehtiyac kəskin surətdə artıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

II Qarabağ müharibəsindən sonra ölkəmizdə ortopedik protezlərə ehtiyac kəskin surətdə artıb.

Bunu bildiyi üçün dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Protez-Ortopedik Bərpa Mərkəzini yaradıb. Mərkəzin özünün istehsal qabiliyyəti var. Xammal xaricdən gətirilsə də mərkəzdə istehsal edilir.Mərkəzdən verilən məlumata görə, indiyədək 12 qazimiz yüksək texnologiyalı protezlərlə təmin olunublar. Qazilərimizin sayı gözə bir qədər az dəyə bilər. Çünki, amputasiyadan sonra yaraların sağalması üçün də bir müddət sağalmanı gözləmək lazımdır.

Onu deyək ki, amputasiyalardan sonra protez taxılması nəzrdə tutulubsa illərlə gözləmək lazım deyil. Çünki gecikmələr çox ciddi fəsad yaradır. Əməliyyat olunan nahiyyə sağaldıqdan sonra xəstə protez mütəxəssisi tərəfindən müayinə olunmalıdır. Yaranın sağalması adətən 1-2 ay davam edir . Şəkərli diabetdən əziyyət çəkən xəstələrdə bu müddət uzana bilər. Xəstə protez mərkəzinə müraciət etdikdə öncə amputasiyadan sonra hansı prosedurlara əməl etməli olduğu izah olunur, güdülü gücləndirəcək xüsusi idman hərəkətləri öyrədilir. Protezə uyğunlaşmaq çox fərdi xarakter daşıyır. Xəstənin yaşı,aktivlik dərəcəsi və fiziki göstəricilərindən çox asılıdır. Təxminən 3-6 ay ərzində adaptasiya baş veri. İki ətrafın daha yuxarıdan kəsilməsi halında adaptasiya bir qədər uzun müddət tələb edir.

Medikom Ortez Protez Mərkəzi Azərbaycanda müasir texnologiyalarla protezlərin hazırlanması və tətbiqi ilə məşğul olan ilk və yeganə özəl mərkəzdir. “Medicom Orthopedy”nin təsisçisi və direktoru Anar Rüstəmovdur.

Mərkəzi 2005-ci ildən fəaliyyət göstərir. Hazırda mərkəzdə yerli mütəxəssislərlə yanaşı, xarici ölkələrdən cəlb edilmiş ortez-protez ixtisası üzrə təhsilli mütəxəssislər də davamlı olaraq fəaliyyət göstərir. Aprel döyüşləri əlilləri və bir çox Qarabağ əlilləri Heydər Əliyev Fondunun dəstəyi ilə mərkəzdə yüksək texnologiyalı protezlərlə təmin olunub. Bəs II Qarabağ qazilərinə də mərkəzdə xidmət göstərilibmi? “Medicom Orthopedy”nin təsisçisi və direktoru Anar Rüstəmov Bizimyol.info-ya bildirib ki, bu dəfə qazilərin protezlə təminatını dövlət öz üzərinə çəkdiyi üçün onlara müraciət edən olmayıb.

“Amma məncə işlər o qədər də sürətli getmir, hər şeyə hazırıq desələr də, mən tam hazırlıq müşahidə etmirəm. Biz kömək təklif etsək də, bizə ehtiyac olmadığını söylədilər”,- deyə mərkəzin rəhbəri təəssüflə qeyd edib.

Hər bir halda ölkəmizdə çox müasir və peşəkar səviyyədə ortopedik protezlər istehsal edən iki mərkəzin olması sevindiricidir. Dövlət müəssisəsində gecikmə varsa ( yaralı sayı çox, işlər sürətlə gedirsə) özəl mərkəzdən dəstək almaqla, əl ələ verməklə yalnız vətən üçün sağlamlığını fəda etmiş qazilərimizi şad etmiş olarlar.Ümid edrik nazirlik bunu da nəzərə alar.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zelenski cəbhədə çətin anlar yaşadı - Video
››› Müstəntiqlər Moskvada qətlə yetirilən Əli Heydərovun ölümü ilə bağlı iki versiya irəli sürüb
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
Son xəbərlər
Bütün xəbərlər »