Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan gimnastı dünya çempionu oldu – VİDEO
Azərbaycan yarışda 5 idmançı ilə təmsil olunur.

Bu günlərdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində batut gimnastikası və tamblinq (akrobatik cığırda tullanma) üzrə müxtəlif yaş kateqoriyaları arasında ümumdünya yarışları keçirilir.

Report xəbər verir ki, kifayət qədər nüfuzlu yarışlar idman aləmində həm də gənclər arasında dünya çempionatı kimi tanınır.

Azərbaycanı bu mötəbər turnirdə təmsil edən 21 yaşlı Mixail Malkin bütün rəqiblərini üstələyərək tamblinq üzrə yarışların qızıl medalına layiq görülüb.

Respublika yarışda 5 idmançı ilə təmsil olunur. Turnirin son günü, noyabrın 19-da, daha iki idmançımız - 12 yaşlı Adil Hacızadə və 11 yaşlı Zeynəb Qasımlı yarışa qoşulacaqlar.

Son xəbərlər
Bütün xəbərlər »