Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pensiyaların kütləvi ləğvi narazılıq yaradır: “Bu doğru yol deyil”
Bankomat, pensiya, maaş

Dövlət Sosial Müdafiə Fondu tərəfindən qanunsuz hesab edilən pensiyalar ləğv olunur.

“Dövlət Sosial Müdafiə Fondu tərəfindən əsassız olaraq kimsənin pensiyası dayandırılmır. 2018-ci ildən etibarən bu sahədə ciddi iş aparılır. Şəxsin əsassız olaraq pensiya hüququndan istifadə etdiyi aşkarlananda, pensiyanın təyin olunduğu dövrlə bağlı nöqsan aşkarlananda və ya indiki qanunvericiliyə uyğun olmadıqda məbləğlərə düzəliş edilir”.

Bunu ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov deyib. O bildirib ki, əgər şəxsin pensiyanı əsassız şəkildə alması müəyyən olunubsa, bu halda pensiya dayandırılır:

“Bu halda vətəndaş sərbəst şəkildə Fondun yerli bölmələrinə, yaxud məhkəməyə müraciət edə bilər",- deyə qeyd edib.

Bu qərar əhali arasında narazıçılığa səbəb olub. Həmin ləğv edilən pensiyalar kimlər tərəfindən təyin olunub? Qanunsuz əmələ görə yalnız təqaüdçülərmi günahlandırılmalıdır? Ümumiyyətlə əhali arasında çoxsaylı şikayuətlər var ki, qurum qanuni pensiyaları da ləğv edir, sonar müraciətlər araşdırılmır, süründürülür, həmçinin qaydalar sanki qəsdən mürəkkəb hala gətirilməklə peniyaların təyinatı keçilməz labirintə çevrilir. Qeyd edək ki, “Bizim Yol” ƏƏSMN təmsilçilərini canlı yayımda şikayətləri cavablandırmaq üçün dəvət etsə də, onlar bundan imtina ediblər. Qurumun nümayəndələri bu mövzuda yalnız opponentlər olmadan danışmağı sevirlər.

İqtisadçı Natiq Cəfərli Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, bunu dövlət qurumu edibsə, məsuliyyəti də dövlət qurumu daşıyır.

Natiq Cəfərli Natiq Cəfərli

“Necə ola bilər ki, eyni qurum 2-3 il bundan öncə bir qərar qəbul edir və indiki dövrdə məlum olur ki, bu təqaüdlər düzgün təyin edilməyib. Əgər belədirsə, həmin təqaüdləri təyin edənlər hansı məsuliyyəti daşıyır? Bu, vətəndaşlarla həmin qurumlar arasında sövdələşməyə görə olubsa, bunun məsuliyyət prinsipi də olmalıdır.

Dəqiq açıqlamalar, məlumatlar yoxdur ki, biz bilək nəyə əsasən belə ləğvetmə məsələsi olub. Hansı qanun pozuntuları olub? Artıq neçə ildir həmin şəxslərin təqaüd alma sistemində qeydiyyatı var idisə, indi həmin pensiyaları ləğv etməkdənsə, qanuna uyğunlaşdırmağa doğru addımlar atılmalı idi. Birdən-birə təqaüdün ləğv edilməsi doğru yol deyil. Bu minlərlə insanın təqaüddən məhrum olunması deməkdir.

Hər bir halda qayda-qanun pozuntuları varsa, onun səbəbkarı dövlət orqanlarıdır. Yəni dövlət orqanı özü belə qərar verib və vətəndaşlar təqaüd alıblar. Qanuni alıb-almadıqları ilə bağlı araşdırmalar aparıldıqdan sonra ətraflı məlumat verilməli idi ki, nə baş verdi və hansı qanun pozuntuları oldu ki, bu cür qərarın alınmasına səbəb oldu. Amma hər bir halda buna məsuliyyət daşıyan şəxslər də cəzalandırılmalıdır ki, bir daha buna oxşar hallar baş verməsin”,- deyə Natiq Cəfərli bildirib.

Qeyd edək ki, pensiyalar birtərəfli qaydada vətəndaşa heç bir izahat verilmədən ləğv edilir. Sonra da vətəndaşa deyirlər ki, get, yenidən müayinədən keç və sənədlərini təkrarən göndər. By prosedur isə elə müəyyən edilib ki, praktik olaraq pensiya almaq mümkünsüz hala gəlib.

Leyla Mirzə

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »