Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Vaksin vurdurmayanlara pensiya verilməyəcək” iddiasına cavab
Məşhur tibb jurnalı Azərbaycanın Çindən aldığı vaksini müsbət qiymətləndirdi

Jurnalist Ülviyyə Quliyeva şəkər xəstəsi olan anasına edilən xəbərdarlıqdan narahatlıq ifadə edib.

Belə ki, onun anası qanda şəkərinin miqdarını yoxlatmaq üçün 7 saylı poliklinikaya gedib. Xanıma bildirilib ki, vaksin vurdurmasa pensiya ala , xaricə , hətta marketə belə gedə bilməyəcək.Daha sonra xəstəxana əməkdaşlarından bir nəfər ona qanında virusa qarşı anticisimləri yoxlatdırmaq üçün özəl klinikada analiz verməyi tövsiyə edib.

Ən maraqlısı budur ki, poliklinikadan bilirilib ki, 65 yaşdan yuxarı vətəndaşların hər birinə vaksin vurudurmaq üçün 3 dəfə zəng ediləcək, vətəndaş gəlməsə 5 ay sonra vaksini 80 manat verib vurudrumalı olacaq.

Jurnalist xanım deyir ki, öncə şəkərli diabet xəsətələrinə vaksin vurudurulmasının ziyanlı olduğunu deyənlər, daha sonra bunun əksini iddia etdilər.

“Mən bilmək istəyirəm. Bu insan illərini verib işləyib. İndi bir az pensiya alır. Vaksin vurulmayacaqsa pensiya verilməyəcək nə demək olur? Vaksin könüllülük prinsipiylə vurulursa, bu insan haqqının tapdanması deyilmi?” deyə o soruşur. Məsləylə bağlı 7 saylı poliklinikadan sualımıza bildirdilər ki hamıya vaksin vurulmalıdır və bu məcburidir. “Biz heç kimi pensiyası ilə hədələməmişik.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

Doktor Müşfiq Hüseynov isə Bizimyol.info-ya verdiyi açıqlamada bildirdi ki, ölkə əhalisinin 70% peyvəndlənməsə, virus geri çəkilən deyil.Ona görə də bu kimi məcburiyyət tədbirlərini dilə gətirmiş ola bilərlər. “İndi ölkəyə kifayət qədər vaksin gətirilib deyə çağırıb vaksin vurdurmağı tələb edirlər. Həkim olsam da, mənim anam qarışıq əksər yaşlılar vaksin vurdurmağa çəkinirlər. Ona görə də “sonra pulla vurduracaqsınız, pensiyanız verilməyəcək” kimi sözlərlə yəqin ki yaşlıları məcbur etmək istəyirlər. Diabet xəstələrinə gəlincə onlar risk qrupluna daxil olduqları üçün vaksin vurdurmalıdırlar2”,- deyə həkim bildirib.

İlhamə

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› “İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Ramazan ayının təqvimi açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »