Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna-Rusiya toqquşmaları başladı: “Bu müharibə Azərbaycan üçün müsbət haldır”
Ukrayna Ordusu

Donetskdə Ukrayna ordusu ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında toqquşma baş verib.

Donetskdə vəziyyət son dərəcə gərginləşib və döyüşlər gedir. Rusiyanın xüsusi təyinatlıları bölgədə hərəkətə keçib. Hər iki tərəf atəşkəsi pozmaqda bir-birini ittiham edir. Bölgədəki əməliyyat məsuliyyəti “Vostok” (Qərb) bölgəsində yüzlərlə mərminin düşdüyü və bir separatçının öldüyü qeyd olunub.

Rəsmi Kiyev separatçıları və muzdluları Kalinovo qəsəbəsindəki mövqeləri silahlandırmağa çalışmaqda ittiham edib. Rusiyalı hərbi analitik Yuri Kotyonok bildirib ki, Moskva Donetsk və Luqanskdakı separatçı qurumlara hərbi yardım göstərəcək və Birləşmiş Hərbi Əməlliyyatlar zonasından kənarda olan obyektlərə də zərbələr endirəcək.

“Sirr deyil, Rusiya “respublikalara” hərbi yardım göstərəcək. Bu yardımın miqyası düşmənin hərəkətlərinin yaratdığı təhdidlərlə mütənasib olacaq. Ukrayna ordusunun hücum bölmələri vurulacaq, əlavə qüvvələrin gəlməsinin, sursat tədarükünün qarşısı alınacaq”, - ekspert bildirib.

Qeyd edək ki, Donbasda son günlər vəziyyət gərginləşib. Ekspertlər mümkün müharibə ssenarilərini müzakirə edirlər.

Siyasi şərhçi Turab Rzayev Bizimyol.info-ya açıqlamasında bildirib ki, Ukraynanın Donbası azad etməsi üçün ən uyğun zaman kəsiyidir: “Ukrayna hansısa şəkildə öz ərazilərini azad etməyə çalışır. Hazırda bununla bağlı daxili və xarici faktorlar güclənməkdədir. Daxili faktor ondan ibarətdir ki, Zelenski höküməti hakimiyyətə gəldikdən bəri Donbas məsələsində heç bir hüquqi irəliləyiş olmayıb. Bundan başqa əhalinin istəkləri, arzuları, iqtisadi vəziyyəti də bir o qədər yaxşılaşmayıb. Əlavə olaraq Zelenski höküməti Avropa və Amerikadakı dayaqları da itirib. Yəni Poroşenkonun Amerika və Avropadakı dayaqları daha güclü, sağlam idi və həmin ölkələr tərəfindən daha çox müdafiə olunurdu. Belə bir vəziyyətdə Zelenski hakimiyyətdə qalması üçün təkrar seçkilərdə öz gücünü artıqmaq, qalib gəlmək üçün məcburdur ki, əhalinin rəğbətini qazanacaq daha radikal addımlar atsın. Əks halda Poroşenko və onu dəstəkləyən şəxslərin yenidən hakimiyyətə gəlmə şansları yüksəlir.

Məsələnin ikinci tərəfi isə odur ki, hazırda ABŞ və Avropa Rusiyaya qarşı sanksiya və həmlələri artırmaqdadır. Buna görə də, düşünürəm ki, Ukraynanın Donbası azad etməsi üçün ən uyğun zaman kəsimidir. Amma burada iki əsas faktor qeydə alınmalıdır. Ukrayna genişmiqyaslı müharibəni iki faktordan əmin olarsa, apara biləcək. Birincisi, ona olunacaq fasiləsiz maddi və siyasi yardım, ikincisi, lazım gələrsə, hərbi yardım və müttəfiqlik. Necə ki, Qarabağ məsələsində Türkiyə bizim balanslaşdırıcı partniyorumuz kimi müharibədə Rusiyaya qarşı iştirak etdi. Bu məsələdə də Ukrayna Türkiyə, ABŞ, hansısa Avropa ölkəsi və ya hamısının birlikdə onun arxasında duraracağına, onu yalnız qoyub qaçmayacağına əmin olarsa, o zaman rahat şəkildə müharibə başlaya bilər”.

Siyasi şərhçi onu da vurğulayıb ki, Rusiya ilə Ukrayna arasında müharibənin başlaması Azərbaycan üçün müsbət haldır.

“Çünki hazırda Azərbaycan əleyhinə olan mənfur niyyətlər, yavaş-yavaş da olsa, qələbəmizi əlimizdən almağa, oğurlamağa çalışan addımlar planlaşdırılır. Donbasda müharibə başlayarsa və kifayət qədər ciddi məsələ olarsa, Rusiyanın diqqəti həmin istiqamətə yönələcək. Həmçinin Qərbin, Avropanın da diqqəti oraya yönələcək. Nəticədə biz Ermənistanla baş-başa qalacağıq. O zaman Ermənistan bizə qarşı bu cür həmlələri edə, əleyhimizə fəaliyyət göstərə bilməyəcək. Rusiya da hansısa şəkildə Ermənistanı dəstəkləyə bilməyəcək. Ukraynada yenidən münaqişə ocağının alovlanması, öz ərazilərini azad etmə hərakatına başlaması istənilən halda bizim üçün müsbət addımdır”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
››› Koronavirus xəstələrindən rüşvət alanların saxlanma görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »