Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ dövlət katibi türk diplomatı öldürən erməninin həbsdən buraxılmasından məyus olub
Entoni Blinke

ABŞ Dövlət Departamenti Los Anceles məhkəməsinin Kaliforniyada Türkiyənin baş konsulu Kamal Arıkanı qətlə yetirən Ambik Sasunyanın həbsdən vaxtından əvvəl şərti azadlığa buraxılmasına dair qərarından məyus olub.

Bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenin adından yayılan açıqlamada bildirilib.

Onun sözlərinə görə, A. Sasunyanın əməli konkret bir şəxsə qarşı törədilmiş ağır cinayət deyil, eyni zamanda, diplomatiyaya hücumdur.

Dövlət katibi vurğulayıb ki, ABŞ diplomatları qətlə yetirənlərin ən yüksək həddə cəzalandırılmasına tərəfdardır və onun ölkəsi qatillərin vaxtından əvvəl şərti azadlığa buraxılmasının əleyhinədir.

E.Blinkon K.Arıkanın ailəsinə və Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) dərin hüznlə başsağlığı verib.

Kaliforniya qubernatoru Gavin Nevsomun ofisindən Erməni Milli Komitəsinə verilən məlumatda bildirilib ki, o, daha məhkəmənin qərarından apellyasiya şikayəti verməyəcək.

Qeyd edək ki, 2016-cı ildə A. Sasunyanın azadlığa buraxılmasına dair qərar ştatın ozamankı qubernatoru Cerri Braun tərəfindən rədd edilib. O, ABŞ dövlət katibi Reks Trillerson və Baş prokuror Ceff Seyşin məktubuna istinad edib.

24 fevralda Los Anceles dairəsinin Ali Məhkəməsi qubernator Gavin Nevsomun qərarını ləğv edib.

Xatırladaq ki, A. Sasunyan Türkiyənin Los Ancelesdəki Baş konsulu K. Arıkanı 1982-ci ildə qətlə yetirib. 1984-cü ildə A.Sasunyan cinayət əməlinə görə ömürlük azadlıqdan məhrum edilib. 2002-ci ildə Federal Məhkəmə 2009-cu ildə barəsində çıxarılan hökmdən 25 il sonra azadlığa buraxılması ilə bağlı A. Sasunyanın ərizə vermək hüququnu tanısa da, bu, rədd edilib.(apa)

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› “Qarabağ müharibəsi göstərdi ki, “Bayraktar”lar bizim qırıcılardan daha effektivdir...”
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »