Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin jurnalist casusları iş başında
Vladimir Putin

Kreml zaman-zaman ölkə xaricində casus şəbəkəsi yaratmaqda ittiham olunur. Almaniyanın “Bild” qəzetinin yazısı yeni iddianı ortaya qoyub. Almanlar Vladimir Putin rejiminə müxalif Aleksey Navalnını və onunla əməkdaşlıq edən iki nəfəri izləmək üçün jurnalistlərin xidmətindən istifadə etdiyini bildirir.

Bizimyol.info xəbər verir ki, “Bild”in araşdırması RT telekanalının iki üzvünün üzərinə gətirib çıxarır. Qəzet reportyor Daniel Lanqenin planın tərkib hissəsi olduğunu etiraf etdiyini yazır. “Bild” əlində almandilli redaksiyanın əməkdaşlarının yazışmaları olduğunu açıqlayıb.

“Sözləşmə Navalnı 2020-ci il avqustun 23-də “Charite” klinikasına çatdırılandan başlayıb. RT-nin direktoru Dinara Toktosunova, onun sağ əli Yekaterina Mavrenkova və onlayn redaksiyanın rəhbəri İvan Klepov Lanqeni “Telegram”da “N Berlin” adlı qrupa dəvət ediblər”.

Sonradsan qrupun adı “Berlin Spezial”a dəyişdirilib. Lanqe “Bild”ə deyib ki, ona qrup haqda heç kimə danışmamağı tapşırıblar.

“Reportyor əvvəlcə düşünüb ki, o və M. adlı həmkarı Navalnı haqda film çəkməlidirlər. Amma çox yanılıb. Üç rus Lanqe və onun həmkarına Navalnı haqda xüsusi “araşdırma” aparmağı tapşırıb. Onlar “Charite”də izləmələr həyata keçirməli və nəticə haqda “Telegram” qrupunda məlumat verməliydilər”.

Bir neçə gün sonra Mavrenkova Lanqeyə deyib ki, qoruma məsuliyyətini üzərinə götürən əsgərlərin fotolarını çəkmək lazımdır. Lanqe bunun yasaq olunduğunu deyib. Amma Mavrenkova sifarişdə israr edib.

Sifarişlər getdikcə artmağa başlayıb. Lanqe və həmkarına deyiblər ki, “Charite”də mümkün qədər uzağa getmək vacibdir. Onlar özünü pasiyent kimi aparmalıymış. “Yəqin ki, həkim qəbuluna yazılmaq lazım gələcək”, - Mavrenkova belə deyib.

Lanqe və həmkarı reanimasiya şöbəsinə çox yaxınlaşmalıymış. Təbii ki, söhbət Navalnının yatdığı yerdən gedir. Lanqe buna altı dəfə cəhd göstərib. Hər dəfə təhlükəsizlik xidməti ayıq davranıb. Üstəlik, onların diqqətini çəkdiklərindən, reportyorlar daha həmin əraziyə yaxınlaşa bilməyiblər. Bundan sonra Lanqe və həmkarına Navalnının Berlində olan yaxın adamlarını izləmək tapşırılıb. Reportyorlar bu işin öhdəsindən də gələ bilməyib.

Lanqe hesab edir ki, onların “Telegram” qrupunda yazdıqları hər şey Moskvaya ötürülürmüş. Reportyor özünü əsl agent kimi hiss etdiyini bildirib. “Bild” araşdırmasını RT-yə təqdim edib. Telekanal Navalnının izlənilməsi faktını təkzib etməklə cavab verib.

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »