Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu ölkədə koronaviruslu xəstələri itlər aşkarlayacaq
koronavirus

Belçikanın Gent Universitetinin alimləri sübut ediblər ki, itlər qoxlamaqla səhvsiz şəkildə koronaviruslu şəxsləri müəyyən edirlər.

“Dare To Think” portalına müsahibə verən araşdırma müəllifi Kris Kallevert bildirib ki, ayrılan altı it koronaviruslu xəstələri 95% dəqiqliklə aşkarlaya bilir. O qeyd edib ki, araşdırma müddətində itlər koronavirusun yeni ştamlarını da tapa biləcəklərini sübut ediblər.

“Koronaviruslu xəstələrin tərlərindən müvafiq qoxu gəlir və itlər bunun vasitəsi ilə simptomsuz xəstələri də müəyyən edə bilirlər”, - araşdırmanın müəllifi qeyd edib.

Bildirilir ki, bir neçə ay sərf edilərək ordudan, polisdən, xilasetmə idarəsindən götürülən itlərə təlim keçilib, lakin onların hamısı virusu tapa bilməyib. Yaya qədər virusu müəyyən edən yüzlərlə itin hazırlanacağı vurğulanır. Canlı “testlər”dən kütləvi tədbirlər zamanı istifadə edilməsi planlaşdırılır.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »