Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN : “Erməni terrorçunun azad edilməsini şiddətlə qınayırıq”
XIN - Türkiyə Xarici İşlər Nazirliyi

“Los Angeles Ali Məhkəməsinin şəhid Baş konsulumuz Kemal Arıkanı qətlə yetirən erməni terrorçu Hampiq Sasunyanın azad edilməsini şiddətlə qınayırııq”.

“Report” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

“Kaliforniya qubernatoru Qavin Nyusomun bu qərardan apellyasiya şikayəti verməməsini isə hüquq çərçivəsindən kənar hərəkət kimi qiymətləndiririk”-deyə, məlumatda bildirilib.

Xatırladaq ki, Türkiyə Respublikasının ABŞ-ın Los Angeles şəhərindəki Baş konsulu Kemal Arıkan erməni terrorçular Hampiq Sasunyan və Krikor Saliba tərəfindən 28 yanvar 1982-ci ildə qətlə yetirilib.

Saxlanılan H.Sasunyan ömürlük həbs cəzasına məhkum edilib, istintaqdan yayına bilən K.Saliba isə həmin ildə Livandakı vətəndaş müharibəsində öldürüldüyü iddia edilib.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
Son xəbərlər
Bütün xəbərlər »