Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının mərkəzindəki çirkab gölü
Böyükşor gölü

Böyükşor gölü Bakının ekoloji vəziyyəti gərgin hesab edilən göllərindəndir.

Hazırda Binəqədi, Sabunçu və Nərimanov rayonlarının mərkəzləşdirilmiş kanalziasiya sistemi ilə təchiz olunmayan ev və obyektlərin kanalizasiya suları bu gölə axıdılır.

Gölə neft suları da axıdıldığı üçün, yaya aylarında göldən üfunət iyi ətrafa yayılır.

Qeyd edək ki, prezident İlham Əliyev tərəfindən 2014-cü il 17 yanvarında “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilir.

Proqramda Böyükşor ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi də nəzərdə tutulmuşdu.

2015-ci ildə gölün bərpasının birinci mərhələsi başa çatır. İlkin mərhələdə 1570 metr uzunluğunda müvəqqəti bənd çəkilərək göl iki hissəyə ayrıldı.

Böyükşor gölünün Olimpiya Kompleksi yaxınlığına düşən ərazisində Bakı sakinlərinin istirahət etməsi üçün park da yaradılıb.

Layihədən öncə gölə 76 mənbədən sənaye və məişət tullantı suları axıdılsa da, layihə ərazisində bu mənbələr ləğv edilib. Hazırda gölə 36 mənbədən kanalizasiya suları axıdılır.

Gölün bərpasının ikinci mərhələsi 2015-2020 ci illər üçün nəzərədə tutulmuşdu.

Bizimyol.info xəbər verir ki, hazırda gölün ikinci hissəsi, yəni Balaxanı qəsəbəsinə düşən ərazisinə kanalizasiya suları ilə yanaşı məişət tullantıları da atılır. Gölün ətrafında olan gecəqonduların və obyektlərin məişət tullantı suları gölə axıdıldığı üçün gölün suyun rəngi çirkab rəngindədir. Göldən üfunət qoxusu ətrafa yayılır.

Xatırladaq ki, bir müddət əvvəl Prezident İlham Əliyev “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 26 dekabr 2013-cü il fərmanında və “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” 15 oktyabr 2014-cü il tarixli sərəncamında dəyişiklik edib.

Fərmana görə, adları çəkilən göllərlə bağlı səlahiyyətlər İqtisadiyyat Nazirliyindən alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib.

Yəni bundan sonra sonra Böyüşor gölündə baş verəcək bütün problemlərin məsuliyyətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi daşıyacaq.

Paylaş »
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »