Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Livan erməni əsilli vətəndaşını qaytardığına görə Azərbaycana təşəkkür edib
Maral Nacaryan

Livanın xarici işlər naziri Şarbel Vahvi bu ölkənin erməni əsilli vətəndaşı Maral Nacaryanın əsirlikdən qaytarılmasına görə Azərbaycana təşəkkür edib.

APA-nın xəbərin görə, bu barədə Livan Milli Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Ş. Vahbi M. Nacaryanın azad edilməsində rolu olan bütün tərəflərə - Beynəlxalq Qızıl Xaç Komitəsinə, Rusiyaya, Azərbaycana və Ermənistana minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Livanın Burc Hammud ərazisində anadan olan Maral Nacaryan (Maralle Najarian) həm Ermənistan, həm də Livan vətəndaşlığına malikdir: “Keçmiş münaqişə bölgəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən birgə yaşadığı erməni əsilli Livan vətəndaşı ilə birlikdə saxlanılıb. O, Azərbaycan ərazisinə qanunsuz daxil olması və Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol verməsi barədə ifadələr verib”.

Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində Maral Nacaryan bu ilin 10 mart tarixində azad edilib. O, Ermənistana deyil, Livana qayıtmağa üstünlük verib.

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »