Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Çin istehsalı vaksinləri Rusiya ilə əvəzlədi – Aralarında hansı fərqlər var…
Məşhur tibb jurnalı Azərbaycanın Çindən aldığı vaksini müsbət qiymətləndirdi

Baş nazir Əli Əsədov "Dərman vasitəsinin idxalı barədə" sərəncam imzalayıb.

Sərəncama əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə əsasən 300 000 (üç yüz min) doza “Sputnik V” dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 (yüz səksən) gün müddətində həyata keçiriləcək. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Sərəncamdan irəli gələn məsələlərin həllini təmin edəcək.

Azərbaycanda yanvar ayının 18-dən vaksinasiyanın birinci mərhələsinə start verilib və Çinin "Sinovac Biotech" şirkətinin istehsalı olan “CoronaVac” vaksinindən istifadə olunub.

Bu peyvədlər arasında hansısa fərq varmı? Birinci dozanı Çin istehsalı vaksin alan şəxslərə ikinci doza Rusiya istehsalı vaksin vurula bilərmi?

Həkim-farmakoloq Müşfiq Hüseynov Bizimyol.info-ya bildirib ki, bu peyvəndlər arasında elə də qlobal fərq yoxdur.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

“Bu peyvəndlərə iki etapda test sınaqları olmuşdu. Bildiyim qədər ilə üçüncü etabda isə yalnız “Pfizer”və “Astrazeneca”da uğurlu nəticə olub. “Astrazeneca”-nın nəticələri “Pfizer”-dən biraz aşağıda göstərilirdi. Amma Çin və Rusiya istehsalı vaksinlər arasında böyük fərqin olacağını zənn etmirəm. Çin bütün dünyaya vaksin verir. Bəlkə də, bizə lazım olan sayı çatdırmaqda biraz zaman problemi olduğu üçün alternativ variantlardan istifadə olunub.

Çin və Rusiya peyvəndləri aşağı-yuxarı eynidir. Hansının vurulacağının heç bir fərqi yoxdur. Əsas odur ki, vurulsun”,- deyə həkim bildirib.

Leyla Mirzə

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »