Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəxsiyyət vəsiqələrindəki e-imza hələ də aktivləşməyib: Nazirlərin “ASAN imza”ya gücləri çatmayıb
asan imza

Vətəndaşlar dövlət vəsaitlərinin xərcləndiyi yeni nəsil şəxsiyyət vəsiqələrindən faydalana, rəqəmsal xidmət və rəqəmsal üstünlük əldə edə bilmirlər.

Bizimyol.info xəbər verir ki, Prezident İlham Əliyev 28 noyabr 2014-cü il tarixində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı sərəncam imzalayıb. 2018-ci ilin sentyabrın 1-dən vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.

Bildirilirdi ki, yeni şəxsiyyət vəsiqələrində elektron daşıyıcı (çip) yerləşdiriləcək və o vətəndaşın elektron imza funksiyasını da yerinə yetirə biləcək. Belə ki, bu tip şəxsiyyət vəsiqəsi olan hər bir vətəndaş onunla həm öz şəxsiyyətini identifikasiya edə biləcək, həmçinin də elektron sənədi imzalaya biləcək.

Bu vəsiqələrin elektron daşıyıcılarında yerləşən elektron imzalar isə hələ də aktiv deyil.

Osman Gündüz Osman Gündüz

“Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib ki, indiyədək də bu şəxsiyyət vəsiqələri “yeni nəsil” olması funksiyasını mənimsəyə bilməyib: “Kimlərsə bu vəsiqələrin çiplərində yerləşən e-imzaları aktivləşdirməyə indiyədək imkan verməyiblər.

E-imzaya cavabdeh qurum olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi açıqlama vermişdi ki, vəsiqələrdəki e-imza ilə bağlı bütün hazırlıq işləri başa çatdırılıb”.

Ekspert bildirib ki, vətəndaşlar dövlət vəsaitlərinin xərcləndiyi bu şəxsiyyət vəsiqələrindən faydalana, rəqəmsal xidmət və rəqəmsal üstünlük əldə edə bilmirlər: “Bununla da ölkədə rəqəmsallaşmaya amansız zərbə vurulur, məqsədyönlü olaraq transformasiya prosesləri ləngidirlir.

Vətəndaşın əlindəki vəsiqələrdəki hazır e-imza əvəzinə ölkədə ASAN Xidmətə aidiyyatı olmayan ASAN imza tətbiq olunur. Xarici vətəndaşın rəhbərlik etdiyi bu dövlət layihəsindən hər ay kimlərsə təxminən 1 milyon manat qazanc götürür. Beləliklə, dövlətin faydalı bir addımından əslində dövlət və ya cəmiyyət deyil, sadəcə bir qrup şəxs fayda götürür.

Bu yaxınlarda Prezident tərəfindən fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün daha bir addım atılıb. “Dövlət Nəzarəti İnformasiya Sistemi” də yaradılıb.

Ümid edirəm dövlət nəzarətinə cavabdeh şəxslər və qurumlar nəzarətin gücləndirilməsi istiqamətində səyləri daha da artıracaqlar”.

Bəs, rəqəmsal transformasiya üçün mühüm əhəmiyyət kəsb edən bu problem niyə həll olunmur nə zaman həll ediləcək? Bu sualla e-imzaya cavabdeh qurum olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə informasiya sorğusu göndərilib.

Yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron çipinə daxil edilən elektron imza sertifikatlarının aktivləşdirilməsinin ödənişsiz təşkili üçün layihə hazırlanıb.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib qeyd edilib.

Hesabatda qeyd edilib ki, məqsəd elektron xidmətlərdən istifadənin kütləviləşdirilməsidir.

Yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron çipinə daxil edilən elektron imza sertifikatlarının aktivləşdirilməsinin ödənişsiz təşkili Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunun tətbiqi barədə Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Prezidentinin fərman layihəsi hazırlanıb. Hazırda layihənin razılaşdırılması üçün işlər davam etdirilir.

31.08.2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən açıqlamada yeni vəsiqələr nazirliyin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən “Elektron imza” sertifikatları ilə təmin edilib.

Bu sertifikatların biri identifikasiya (tanınma) üçün nəzərdə tutulub. Yəni yeni vəsiqələr internet mühitində də vətəndaşın kimliyini müəyyən edəcək. İkinci sertifikat isə vətəndaşa istənilən yerdən sənəd mübadiləsi aparmaq üçün elektron imzalama üstünlüyü verir.

Qanunvericiliyə uyğun olaraq, 10-15 yaşlı vətəndaşların vəsiqələrinə kimliyin identifikasiyası üçün yalnız bir sertifikat, yaşı 15-dən yuxarı olan vətəndaşların vəsiqələrində isə iki sertifikat – həm identifikasiya, həm də imzalama sertifikatı mövcud olacaq.

“Elektron hökumət” portalına giriş, həmçinin buradakı xidmətlərdən istifadə etmək üçün məhz yeni şəxsiyyət vəsiqələrindən yararlanmaq mümkündür.

Tərkibində “Elektron imza” sertifikatları olan bu vəsiqələrdən bank, səhiyyə xidmətlərindən istifadə və “Elektron ticarət” zamanı da yararlanmaq mümkün olacaq.

Paylaş »
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
Son xəbərlər
Bütün xəbərlər »