Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağda tapılan 210 meyitimizin kimliyini müəyyən edə bilmirik” - Erməni nazir
Ermənilər qəbirlərdən sümük daşımaqda davam edir - Video

Ermənistanda əsgər anaları Qarabağ müharibəsində itkin düşən oğullarından xəbər ala bilmədiklərinə görə hər gün Müdafiə Nazirliyinin binasını dövrəyə alırlar.

Bu barədə itkin düşən hərbçilərdən birinin qohumu Arsen Qukasyan Facebook-da bildirib.

Onun sözlərinə görə, martın 11-də də Müdafiə Nazirliyinə rəhbərliyi ilə görüşmək istəyiblər, amma qəbul olunmayıblar.

“Nazirlikdəklilər öz işləri ilə məşğuldurlar, bizimlə, uşaqlarımızla maraqlanmırlar",- deyə Qukasyan narazılığını ifadə edib.

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan isə ölkə mətbuatına bildirib ki, Qarabağdan tapılan o qədər zədələnmiş meyit qalıqları var ki, onların müayinəsi sadəcə mümkün deyil.

“Artıq elə bir meyit qalığı yoxdur ki, ən azı bir dəfə araşdırılmasın. Əlimizdə çox sayda ciddi şəkildə zədələnmiş meyit qalıqları var və onlarla bağlı DNT analizini həyata keçirmək çətin, eyni zamanda mürəkkəb işdir. Yüksək səviyyəli beynəlxalq qurumlarla, xarici mütəxəssislərlə əlaqə saxlayırıq, nəticələrin nə olacağını görəcəyik, - A.Avanesyan deyib.

Səhiyyə naziri bildirib ki, meyit qalıqları o qədər zədələnib ki, hətta digər ölkələrdəki laboratoriyalarda da onların kimliyi müəyyən edilə bilməyəcək.

A.Avanesyan deyib ki, cəsədlər Metsamordakı morqun soyuducularında saxlanılır.

“Bunlar belə hallar üçün nəzərdə tutulmuş xüsusi soyuduculardır. Metsamorda neçə cəsəd olduğunu dəqiq deyə bilmərəm. Şəxsiyyətini müəyyən etmək çox çətin olan 210 meyit nümunəsi var. 2200-dən çox cəsədi identifikasiya etmək mümkün olub, daha 180 valideyn cavab gözləyir”,- nazir deyib.(modern.az)

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib
››› Daha bir ölkə rusiyalı diplomatları deportasiya edir
Son xəbərlər
Bütün xəbərlər »