Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hansı evlərə görə əmlak vergisi ödənilməlidir...
Hansı evlərə görə əmlak vergisi ödənilməlidir...

Nazirlər Kabinetinin Milli Məclisə təqdim olunan illik hesabatında sənədsiz evlərin inventarlaşdırılması prosesinin aparıldığına dair məlumat yer alıb. Uzun illərdir Bakı şəhərində yaşayan sakinlərin böyük əksəriyyəıtini narahat edən bu məsələ deyəsən, öz həllini tapacaq. Bəzi məlumatlara görə, Abşeron yarımadasında 700 mindək sənədsiz tikilmiş ev var. Ömrünün 20, 30, hətta 40 ilini belə evlərdə yaşayıb öz ünvanına qeydiyyata düşə bilməyən milyonlarla vətəndaşımız var. Halbuki qanunvericiliklə 20 il yaşadığımız evə qeydiyyata düşmək hüququ var. Amma vətəndaş evinin varlığını kiməsə sübut etmək üçün bir xeyli instansiyalardan keçməli olur.

Ölkə ərazisində tikilmiş sənədsiz evlər və onların yerləşdiyi torpaq sahələri ilə bağlı ekspert komissiyaları yaradılıb. Komissiyaların tərkibinə yerli icra hakimiyyəti orqanlarının, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər qurumların nümayəndələri daxildir.Hazırda həmin komissiyalar iş başındadır və Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə işlər yekunlaşıb. Lakin məlum məslədir ki, bu iş birdən-birə həllini tapmayacaq . Həmin zaman kəsiyində isə sənədsiz tikilmiş ev sahibləri ilə bələdiyyələr arasında əmlak vergisinin yığılmasına görə söz-söhbət yaranır. Redaksiyamıza ünvanlanan suallardan biri belədir. Sənədsiz evlərə görə əmlak vergisi verməliyikmi?

Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi mülkiyyəti təsdiq edən sənədi yoxdursa, həmin mülkiyyətə əmlak vergisi tətbiq edilməməlidir. Əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlaklar üçün şamil olunur. Yəni, əğər evin “kupça”sı yoxdursa, onun üçün əmlak vergisi nəzərdə tutulmayıb. Çox zaman bələdiyyələr qanunun bu tərəfini nəzərə almadan vətəndaşlardan əmlak vergisini tələb edirlər.Bu zaman əllərində həmin evin yerləşdiyi torpağa dair vergitutma qanunu əsas götürürlər.

Çünki sənədsiz həyətyanı sahələrdən torpaq vergisi tutulur. Bir şəxsin torpağının mülkiyyəti təsdiq edən sənədi olmasa belə, əgər həmin torpaq onun istifadəsindədirsə, torpaq vergisi ödənilməlidir.

Ümid edirik ki, evlərin qeydiyyata alınması məsələsi yenə də yarımçıq qalmaz. Bu evlər qeydiyyata alınarkən onların qaz, elektrik, dəmir yolu xətlərinə yaxınlıq dərəcələri nəzərə alınacaq. Bu anlamda da kimlərinsə öz ciblərini güdərək, vətəndaşları haqsız yerə incitməyəcəyinə ümid edirik. Çünki Bakı şəhərində adı “gecəqondu” olsa da , dövlət qurumlarından gizli nəinki ev, heç it damı da tikə bilməzsən.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »