Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağ"ın sabiq hücumçusu komanda yoldaşlarından pul yığıb
Futbol

Rumıniyanın "Dinamo" (Buxarest) klubunun futbolçusu Maqaye Qeye ilə bağlı növbəti qalmaqallı xəbər yayılıb.

"Report"un "Digisport"a istinadən məlumatına görə, bir neçə gün öncə qanında kokain aşkarlandığı iddia edilən Seneqal əsilli hücumçunun paltardəyişmə otağında komanda yoldaşlarından pul yığdığı məlum olub.

Buxarest təmsilçisindəki mənbənin sözlərinə görə, klub 31 yaşlı forvardın bütün xərclərini qarşılasa da, o, daim pulsuzluqdan gileylənib: "Klub Qeye üçün oteldə xüsusi otaq tutmuşdu. O, isə tez-tez futbolçulardan 300 - 500 avro pul istəyirdi. Bu, oyunçular tərəfindən birmənalı qarşılanmasa da, onlar komanda yoldaşlarına kömək edirdilər. Qeye hər dəfə müxtəlif üsullarla futbolçulardan daha çox pul istəyirdi. Hazırda onun oyunçulara kifayət qədər borcu var".

Qeyd edək ki, Maqaye Qeye 2019/2020 mövsümündə "Qarabağ"ın heyətində 28 oyuna 8 qol vurub. O, "Dinamo"ya 2020-ci ilin oktyabrında keçib.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
Son xəbərlər
Bütün xəbərlər »