Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Mərkəz Hərbi Dairəsi Yekatrinburqdan Qarabağa 500 hərbçinin göndəriləcəyini təkzib edir
Rusiyanın Mərkəz Hərbi Dairəsi Yekatrinburqdan Qarabağa 500 hərbçinin göndəriləcəyini təkzib edir

Rusiyanın Mərkəz Hərbi Dairəsinin mətbuat xidməti Yekatrinburqdakı hərbi hissələrdən birindən mart ayı ərzində Qarabağa 500-ə yaxın hərbi qulluqçunun sülhməramlılar qismində göndəriləcəyinə dair xəbərləri təkzib edib.

Bu haqda yerli “Veçernie Vedemosti” portalı (https://veved.ru/eburg/news/life/159287-v-cvo-oprovergli-informaciju-ob-otpravke-voennyh-iz-ekaterinburga-v-nagornyj-karabah.html) bildirir.

Hərbçilərin Qarabağa göndəriləcəyinə dair məlumatı da elə həmin mənbə və bəzi digər saytlar yayıb. Bildirilirdi ki, Yekatrinburqdakı 32-ci hərbi şəhərcikdən sülhməramlılar qismində martın 20-dən 30-nadək 500-ə yaxın hərbçinin göndərilməsinə hazırlıq gedir. Ezamiyyətin müddəti yarım ildir. Ezamiyyətdən imtina etmək imkanı isə verilmir, çünki bu halda hərbçilər xüsusi maddə ilə xidmətdən azad ediləcəklər.

“Bəzi kütləvi informasiya vasitələrində guya Yekatrinburqdakı hərbi hissələrdən birindən hərbçilərin Dağlıq Qarabağa göndəriləcəyinə dair yayılmış informasiyalar həqiqətə uyğun deyil”,-Mərkəz Hərbi Dairəsinin mətbuat xidməti bildirir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin sərəncamına əsasən Dağlıq Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin tərkibində xidmət edən hərbçilərin hər 6 aydan bir rotasiyası nəzərdə tutulur. Həmin 6 aylıq müddət isə aprelin 10-da başa çatır. Yəni aprelin 10-dan etibarən 1960 nəfərlik Rusiya kontingentinin tərkibi yenilənməlidir.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »