Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkəyə gömrükdən yayınan telefonlar necə keçirilir...
Telefon SMS

Altı aydır Azərbaycan vətəndaşlarının ölkəyə xaricdən rüsumsuz mal gətirməsi üçün aylıq limiti 300 dollara endirilib. Bu, kiçik sahibkarlıqla məşğul olanlara xeyli zərər verib. Amma alternativ yollar haqqında düşünənlər də az deyil.

Bizimyol.info xəbər verir ki, fiziki şəxslərin ölkəyə rüsumsuz mal gətirməsinə təbiq olunan yeni limitlə bağlı qanun keçən ilin sentyabrında qüvvəyə minmişdi. Onda məsələ sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olmuşdu, böyük narazılıq yaranmışdı. Müstəqil iqtisadçılar dəyişikliyin daha çox ölkədən valyuta çıxarılmasını məhdudlaşdırmaq, internetlə alış-verişin həcmini azaltmaq, məmurların və onlara yaxın şəxslərin obyektlərinin gəlirlərinin azalmasına imkan verməmək məqsədi güddüyünü bildirmişdi.

Sosial şəbəkələrdə yazılanlar belə deməyə əsas verir ki, limiti uğurla aşanlar var. Amma bunu daha çox xaricdə yaşayan azərbaycanlılar həyata keçirir. Sosial şəbəkədə məşhur qruplardan olan “Gəzəyənlər”də maraqlı məsələ müzakirəyə çıxarılıb. Rüfət Mustafayev yazıb ki, İstanbul reysi ilə gələn tanışı alverçilərin qurbanı olub: “İstanbulda “iPhone” veriblər, xahiş ediblər ki, Bakıda sizdən götürəcəklər. Gələn adam da götürüb. Bakıda gömrük saxlayıb ki, 350 manat rüsum ödəməlisən. Sonradan məlum olub ki, həmin adamlar 5 nəfərə eyni telefondan veriblər. Kimlərsə ticarətlə məşğul olacaq deyə biriləri 1.5 saat hava limanında vaxtını itirir. Hələ götürməyə gələn adamın 10 manatı çatmadı, cibimizdən verdik. Alverçilərə kömək eləməyin”.

Rəyləri oxuyanda məlum olur ki, asan qazanc üçün sərnişinlərdən istifadə edən çox olub. Türkiyə vətəndaşı olan Hüseyin Taşer azərbaycanlı alverçi üzündən Heydər Əliyev adına hava limanında iki saatdan çox vaxt itirdiyini yazıb. Ona İstanbulda “Apple” şirkətinin məhsullarından ikisini veriblər. Türkiyə vətəndaşı Azərbaycan gömrüyündə problemlə üzləşib. Taşer Bakıda anlayıb ki, həmin şəxslərin məqsədi alverdir, heç də hər hansı qohuma hədiyyə göndərmirlər.

Əvvəllər xaricdə yaşayan alverçilər daha çox siqaret göndərməyə üstünlük verirdi. Onlar üçün ən uyğun reys Kiyev-Bakı olurdu. Əlbəttə, Dubaydan Bakıya mal gətirmək daha sərfəli hesab edilir. Amma Birləşmiş Ərəb Əmirliklərindəki aeroport əməkdaşları çox ayıq davranır, belə şəxslərə mane olurdu. Kiyevdə isə onlar daha sərbəst davrana bilirdi. Yüklərin təhvil verilməsi yerinə yaxınlaşır, azərbaycanlılarla xoş danışır, 3 blok siqareti Azərbaycana aparmağı xahiş edirdilər. Onların peşəkar danışığı əksər vaxtlarda işə yarayırdı. Sonra siqaretlə bağlı limitin azaldılması nisbətən vəziyyəti dəyişdi. İndi “Apple” şirkətinin məhsulları, daha çox “iPhone” telefonları dövriyyəyə girib. Alverçilər reyslərin azlığına görə daha fəal işləməyə çalışır. Son nəticədə bundan ölkəyə şəxsi istifadəsi üçün mal gətirənlər əziyyət çəkir. Çünki limitlər kütləviliyiə görə tətbiq olunur.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bir neçə gün əvvəl brifinqdə bildirmişdi ki, xaricdən Azərbaycana gətirilən mobil telefonlar da digər mallar kimi mütləq bəyənnaməyə salınmalıdır. Hətta şəxsi istifadə üçün alınan məhsullar da bəyan olunmalıdır. Əks halda mobil telefonlar bir aydan sonra işləməyəcək.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› “İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Ramazan ayının təqvimi açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »