Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bələdiyyələrin sökməyə gücü çatırsa, tikməyə də gücü çatsın
Bakı, Azərbaycan, Xəzər sahili

Küçəmizdə qonşular arasında “vətəndaş müharibəsi” gedir. Yəni Xətai rayonunun Mirzə Davud küçəsində. Daşmış kanalizasiya xətlərinə görə hamı bir–birini günahlandırır və bu ilk dəfə deyil.

Problem çoxdan mövcuddur. Sənədsiz, plansız tikilmiş evlərdir. Məskunlaşma sayı həddən çox, illər öncə yaradılmış infrastruktur isə yetərsiz. Ən əsası da bu işlərə böyüklük edən, sahiblənən, problem çıxanda insanların üz tutacağı bir rəsmi qurum yoxdur. Adətən bu kimi problemin həlli ilə bələdiyyələr məşğul olmalıdırlar. Bələdiyyələr , İcra Hakimiyyətləri isə yalnız hansısa bir tikinti işi aparılarkən təcili pul yığmaq üçün gəlirlər.Məşhur nağılda tülkü əlinə mişar alıb, leyləyin yuvası olan ağacı kəsməklə hədələdiyi kimi, bizim bələdiyyələr də “pul verməsən tikdiyin evi sökəcəm”lə hədələyir. Boş hədə də olmur. Sökdürürlər. Bəs sökməyə gücü yetən bu qurumun, niyə qurmağa tikməyə imkanı yoxdur və ya biz buna səlahəiyyətli deyilik deyirlər? Bələdiyyə dəstək olmayacaqsa, niyə köstək olur? Bu həftə bələdiyyələrin iş fəaliyyəti Milli Məclisdə də müzakirəyə çıxarıldı. Ciddi bir mənbədən əldə etdiyimiz məlumata görə, yaxın gələcəkdə Azərbaycanda İcra Hakimiyyətlərinin işi bələdiyyələrlə əvəz olunacaq. Görəsən necə. Yenə adı olub özü olmayacaq?

Azərbaycanda bələdiyyə institutunun yaradılmasından 20 ildən çox zaman keçib. Bu illər əzrində Azərbaycan bələdiyyə institutu heç bir inkişaf göstərməyib.

Qüdrət Həsənquliyev Qüdrət Həsənquliyev

Deputat Qüdrət Həsənquliyev Bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib ki, Azərbaycanda bələdiyyələrin işləyə bilməyəcəyi ilk gündən onlara verilən statusdan bəlli idi: “Yaradanda o prinsiplə yaratdıq ki, desinlər Azərbaycanda da bələdiyyələr var. Hamımız bilirdik, bu statusla bələdiyyələrin heç bir effekti olmayacaq. Əksinə, biz vətəndaşlarımızı, müəyyən bələdiyyə üzvlərini maaş vermək üçün yükləyirik. Müəyyən qədər insan da bələdiyyə üzvləri, bələdiyyə aparatının əməkdaşları kimi vergi verir, onları saxlayır”.

Deputat Fazil Mustafa da redaksiyamıza verdiyi açıqlamada qeyd elədi ki, yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin əlində idarə edəcəkləri bir şey qalmayıb. “Yolun, işığın, qazın, suyun öz sahibi var. Bələdiyyələrin icra hakimiyyətlərinin qaldırdığı bir sıra məsələlərə müdaxilə imkanı yoxdur və yerli səviyyədə layihələri həyata keçirməkdən məhrumdurlar. Biz şərait yaratmalıyıq ki, bələdiyyə kommunal xarakterli problemləri həyata keçirsin, çünki bələdiyyə vətəndaş üçün ən əlçatan qurumdur. Vətəndaş bütün şikayətlərini ona yönəltməlidir. Lakin indi mərkəzləşmə prinsipi olduğuna görə bələdiyyələr heç bir iş görə bilmir”,- deyə deputat qeyd edib.

Fazil Mustafa Fazil Mustafa

Türkiyədə uğurla həyata keçirilən bələdiyyə sistemini bizdə həyata keçirmək mümkündürmü? Mümkün deyilsə bu qədər maliyyə ayrılıb və bu qurumlar yaradılıb, onun üzvlərinin seçilməsi üçün keçirilən bələdiyyə seçkilərinə dövlət nə qədər maliyyə ayırır . Niyə yaradılıblar, bəs gördükləri iş hanı?

Yerlərdə fəaliyyət göstərən bələdiyyələrin əlində böyük resurs yoxdur. Resursları az olan kənd bələdiyyələrinə 5 min manata qədər dotasiya verilir. Bu dotasiya ilə kənddə hansı inkişaf işlərini aparmaq olar? Bu yalnız bələdiyyə üzvlərinin maaşlarının verilməsinə xidmət edə bilər. Üstəlik yerli hakimiyyət də bələdiyyəyə müəyyən tapşırıqlar verir, gözləntiləri olur.

Bələdiyyə işlərində çalışan üzvlər təsadüfi seçilən adamlar olmamalıdır. Bələdiyyələr icra hakimiyyətlərinə tabe olan qurum kimi fəaliyyət göstərir, hərçənd onlar tam müstəqil qurumlarıdır. Seçkiylə seçilən qurumun tabeliyi xalqın qarşısındadır. Bu günə qədər bələdiyyələr yalnız torpaq satmaqla məşğul olub. Bələdiyyə rəhbəri bilməlidir hansı sahəyə hansı iş adamlarını cəlb edib, hansı müəssiləri aça bilərlər. Bizdə bunu edə bilən bələdiyyə görmürük. Yalnız bir sədrin işini görürük - o da hamının yerinə qol çəkib torpaq icarəyə verməklə məşğul olur.

Halbuki çox böyük maliyyə xərcləri çəkmədən abad məhəllələr yaratmaq olar. Həm də bələdiyyələrin gücüylə. Mirzə Davud küçəsinin sakinləri küçənin lap girəcəyində bir zamanlar köçkünlərin məskunlaşdığı sonra yandığı üçün boşaldılan , indi yalnız divarları qalmış o xarabalıq yataqxananın yerində balaca bir park salınmasını istəyir. Gözəl, çoxillik ağaclar var. Bir balaca səliqə sahman salınsa, o yarıuçuq bina da sökülsə, bu problemi az xərclə həll eləmək olar. Çəmənlik, bir neçə oturacaq və abadlıq. Bütün görülməli olan iş budur. Binanın dövlət balansında olması barədə cavabları artıq eşitmişik. Amma İcra hakimiyyəti də eşitsin ki, içərisinə gəlib gedənlərin zibil atdığı bu uçuq yataqxana binası həm də cinayətkarların, narkomanların oturaq yeridir. Yəni deyəcəyimiz odur ki, bələdiyyə bələdiyyə olsa, bu kimi işlərin həlli üçün camaat Prezidentə məktub yazmaq məcburiyyətində qalmaz, “ev bizim sirr bizim” deyərək xırda məsələləri elə öz içimizdə həll edərik.

İlhamə

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› “Qarabağ müharibəsi göstərdi ki, “Bayraktar”lar bizim qırıcılardan daha effektivdir...”
Son xəbərlər
Bütün xəbərlər »