Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatlar Milli Məclisin 1 illik fəaliyyəti ilə bağlı fikirlərini bölüşdü
Milli Məclis

Bu gün 2020-ci il fevral ayının 9-da VI çağırış Milli Məclis növbədənkənar keçirilmiş seçkilər nəticəsində formalaşan Milli Məclisin fəaliyyətə başlamasının 1 ili tamam olur.

Həmçinin, bu gün Sahibə Qafarovanın Milli Məclisin(MM) Sədri kimi fəaliyyətə başlamasının 1 ili tamam olur.

Sahibə Qafarova Sahibə Qafarova

Qafarova 2020-ci il martın 10-dan Azərbaycan Respublikası Milli Məclisinin Sədridir. Azərbaycan tarixində son 30 ildə Milli Məclisdə ilk xanım spiker mərhum Elmira Qafarovadan sonra , ikinci xanım millət vəkili olaraq, səsvermə ilə Sahibə Qafarova Azərbaycan Respublikasının Milli Məclisinin Sədri vəzifəsinə seçilib.

Bizimyol.info Milli Məclisin bu fəaliyyəti ilə bağlı deputatlarlardan aldığı açıqlamaları sizə təqdim edir.

Ramil Həsən Ramil Həsən

Ramil Həsən : “ Bilirsiz ki, bu gün artlq altıncı çağırış Milli Məclisin bir ili tamam oldu.Həm bizim fəaliyyətimizin, həm növbəti parlamentimizin Sədri, Milli Məclisin deputatı, hörmətli Sahibə xanım Qafarovanın da fəaliyyətinin bir ili tamam oldu. Təbii ki, bir il ərzində Milli Məclisin sədri həm aktiv fəaliyyəti, həm dinanizmi, həm də millət vəkillərinə yaratmış olduğu bütün geniş imkanlarla yadda qaldı. Millət vəkillərinin hər birinə , mən də daxil olmaqla söz vermək imkanı, bu şəraiti yaratması çox diqqətəlayiq haldır. Həmçinin, xariçi əlaqələrin yüksək səviyyədə davam etməsi- buda çox önəmli vacib faktordur.Bir çox ölkələrlə, Rusiya, Türkiyə, Avropa ölkələri, beynəlxalq təşkilatlarla parlamentimizin əlaqələrinin gücləndirilməsi, siyasi plüralizmin, siyasi partiyalar arasında qarşılıqlı dialoqun inkişaf etdirilməsində parlamentin rolu böyükdür. Böyük məmnuniyyətlə deyərdim ki, xanım Qafarovanın demokratiyanın ön plana çəkilməsi ilə bağlı addımları diqqətə layiqdir. Mən böyük fəxrlə və qeyd edə bilərəm ki, həm Milli Məclisin birillik fəaliyyəti , həm də xanım Qafarovanın birilllik fəaliyyəti Milli Məclisin işinə yalnız və yalnız müsbət çalarlar gətirib.

Musa Quliyev Musa Quliyev

Musa Quliyev: Bu gün altıncı çağırış Parlamentin fəaliyyətinin bir ili tamam oldu. Bu il deyərdim ki, çox əlamətdar və məhsuldar bir il oldu.Ötən il, martın 10 -da Cənab Prezident parlamentin altıncı sessiyasında çox konseptual çıxış etdi. Hesab edirəm ki, yaxın 5 il ərzində bu bizim parlamentin fəaliyyətinin bir yol xəritəsi idi. Əvvəla Prezident orda bütün istiqamətləri göstərdi və bir il ərzində də fəaliyyəti Cənab Prezidentin göstərdiyi bu istiqamət üzərində quruldu. Bunlar əsasən parlamentin qanunvericilik fəaliyyətinin gücləndirilməsi, parlamentin əsas işidir. Həmçinin, parlamentin beynəlxalq fəaliyyətinini güçləndirilməsi, şaxələndirilməsidir. Bu sahədə də biz kifayət qədər uğur əldə edə bildik. Parlamentin seçicilərlə işinin gücləndirilməsi, fəallığınnın artırılması, problemlərinin araşdırılıb müvafiq icra orqanlarına çatdırılması , eyni zamanda deputatın etik qaydalara riayət etməsi, vətənpərvərlik ruhunda bizim gənclərin tərbiyəsində rolunu göstərməsi, insanlarımızın dar, çətin gündə yanında olması və s. kimi məsələlərdir ki, bunlar da ötən ilin bütün o gərginliyində deputatlarımız kifayət qədər fəal oldu. Mən artıq 5 çağırışdı ki, Milli Məclisdəyəm. Tam səmimi deyirəm ki, parlamentin indiki heyəti olduqca həm savadlı, həm çevikdir. Siyasi cəhətdən isə yetkin, eyni zamanda peşəkarlıq da yüksək səviyyədədir . Hesab edirəm ki, parlamentin bu heyəti olduqca məhsuladar çalışacaqlar. Baxmayaraq ki, bir ilimiz pandemiya şəraitində keçdi. Yalnız birinci işlasımızı canlı keçirdik. Qalan iclaslarımız isə pandemiyanın şərtləri daxilində, məhdudlaşdırılmış , bəzən də onlayn şəkildə keçirildi. Eyni zamanda karantin olduğuna görə bölgələrə səfərlər də məhdudlaşdırıldı. İyul müharibəsi, ondan sonra 44 günlük Vətən müharibəsi, öllkədə hərbi vəziyyət , komendant saatının elan olunması, bütün bunlar bizim bir qədər seçicilərlə əlaqəmizi məhdudlaşdırsa da , amma onlayn qaydada yeni rejimdə işləməyə çalışmışıq . Parlamentin ötən bu ilində yazılı saytıara, televiziya verilişlərinə nəzər salsaq, müxtəlif məsələlərə deputatlar anındaca münasibət göstəriblər.Çox zaman xalqın və ölkə rəhbərinin mövqeyi ilə üst-üstə düşən münasibətlər olub. Eyni zamanda parlamentin belə çevik və məhsuldar olmasının bir səbəbi də Prezident Administrasiyasında yeni bir şöbənin , “ Qanunvericilik, hakimiyyət bə siyasi partiyalarla iş” şöbəsinin yaradılması olub. Həmin şöbənin rəhbəri , professor Ədalət Vəliyev parlamentlə olduqca sıx, işgüzar əlaqələr qura bildi. Dəfələrlə bizim həm onlayn, həm də parlamentdə işgüzar görüşlərimiz oldu. Parlamentin demək olar ki, bütün rəhbər heyəti dəyişdi. Həm parlamentin sədri, həm də müavinləri, komitə sədrlərinin böyük əksəriyyəti dəyişdi. Bu da parlamentə bir yenilik, iş metodu gətirdi. Həmçinin, münasibətlərimizə yeni səmimiyyət gətirdi.

Hörmətli xanım Sahibə Qafarovanın Yeni Azərbaycan Partiyası tərəfindən vəzifəyə gətirilməsi mən deyərdim ki, çox uğurlu seçim oldu. Sahibə xanım həm uzun müddət pedaqoji təcrübəsi olan bir alim, professordur. Kifayət qədər siyasi təcrübəsi olan , beynəlxalq siyasətdə bişmiş, təcrübəli bir adamdır.10 ilə yaxındır ki, həm də Avropa Şurasında Komitə Sədri vəzifəsində çalışdı.Bir neçə Avropa Şurasının istiqamətlər üzrə məruzəçisi olub. Avropa Parlament məkanında da tanınan nüfuzlu siyasətçilərdəndir. Müasirliyi də Sahibə xanım Parlamentə çox uğurla daşıya bildi . Bizim pandemiya şəraitində qısa müddətdə yeni şəraitə adabtasiya olunmağımızda qazandığı təçrübənin böyük rolu oldu. Biz artıq həm komitə iclasları, həm də fərdi görüşlərimizi onlayn keçirə bildik. Elektron parlamentin saytı yeni formatda artıq fəaliyyətə başladı.Seçicilərin müraciətini elektron qaydada almaq və elektron qaydada cavab vermək sistemi yaradıldı. Parlamentdə bizim müsahibə otağımız yaradıldı. Istənilən jurnalist, istənilən televiziya istədiyi vaxt müraciət edərək, hər bir deputatla lazımı şərait yaradılmış otaqda müsahibə vermək imkanları yaradıldı. Eyni zamanda parlamentin iclaslarının gedişində demokratiklik abı- havası var. Hər kəsin imkanı var ki, öz fikirlərini ifadə etsin və yaxud əks fikirlər söyləsin. Parlamentdə tənqidə kifayət qədər dözümlü bir format yaranıb . Demək olar ki, bütün iclaslarda Sahibə xanım imkan yaradır ki, hər bir deputat həm cari məsələlərdən, həm də özünü narahat edən problemləri də söyləsin, təklifləri də versin. Bunların əksəriyyətinə reaksiya verilir.Hansılar ki, mümkündür, nəzarətə verilir.Hesab edirəm ki, parlamentin bir illlik fəaliyyəti olduqca uğurlu fəaliyyətdir. Cənab Prezidentin qarşıya qoyduğu məsələrin həlli istiqamətində kifayət qədər faydalı və fəal çalışmışdır.

Azər Badamov Azər Badamov

Azər Badamov - Altıncı çağırış Milli Məclisin fəaliyyətini yüksək dəyərləndirirəm. Milli Məclis ölkədə aparılan geniş islahatların ruhuna uyğun öz fəaliyyətini qurub. Parlamentin ilk iclasında ölkə başçısı İlham Əliyev çıxış edərək, Milli Məclisin gələcək əsas istiqamətlərini müəyyənləşdirmişdi və həmin istiqamətlər üzrə də Məclis formalaşdı.Həmçinin parlamentin tərkibi də islahatlar yolu ilə yeniləndi. Sevindirici haldır ki, Sədr Sahibə xanım Qafarova seçildi. Müstəqil Azərbaycanın tarixində ilk dəfə Parlanentin sədri qadın seçildi. Həm də ki, Milli Məclisin rəhbərliyində tarixdə ilk dəfə olaraq, müxalif partiyaların nümayəndələri təmsil olundu. Milli Məclisin son bir illik fəaliyyəti bir çox yeniliklərlə yadda qaldı. Baxmayaraq ki, son bir ilimiz parlamentin seçilməsindən sonra qlobal pandemiya dövrünə təsadüf olundu və tam fəaliyyət üçün imkanlar məhdudlaşdı. Amma bütün bunlara baxmayaraq, parlamentin üzvləri tam fəaliyyətini dövrün tələblərinə uyğun quraraq, imkan daxilində fəaliyyətini qura bildilər. Cəmiyyət tərəfindən də artıq Milli Məclisə münasibət dəyişib. Əgər beşinci çağırış Milli Məclisə qarşı cəmiyyətdə mənfi münasibət var idisə, artıq altıncı çağırış Milli Məclis haqqında münasibət müsbətdir. Bunu da uğur kimi qeyd etmək olar.

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »