Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Emin Əmrullayev: "Şagirdlərə qarşı zorakılıq əleyhinə profilaktik mexanizmlər tətbiq olunacaq"
Emin Əmrullayev

“Şagirdlərin akademik nailiyyətləri ilə yanaşı onların psixoloji sağlamlığı, təhlükəsizliyi və rifahı da vacib məsələdir. Ailədaxili münasibətlər, müəllimlərin, məktəb psixoloqlarının və məktəb rəhbərlərinin şagirdlərlə qurduğu ünsiyyət, məktəbdə öyrənmə mühitinin zənginliyi, öyrənənlərin dərsdənkənar məşğələlərə və könüllülük fəaliyyətinə cəlb edilməsi kimi həllərlə yanaşı, şagirdlərarası münasibətlərin düzgün qurulmasını da mühüm hesab edirəm”.

“Report” xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev özünün feysbukdakı səhifəsində yazıb.

“Məktəbdaxili qısnama (bullinq) halları ilə mübarizə, ənənəvi və sosial mediada yeniyetmələrlə bağlı həssas məqamların düzgün əks etdirilməsi və digər faktorların həyatımıza yaxından təsir etdiyinin şahidi oluruq. Bu baxımdan bullinq və şagirdlərə qarşı zorakılıq hallarının müəyyən edilməsi, qeydiyyatın aparılması, hər bir halın araşdırılması və zəruri tədbirlərin görülməsinə dair profilaktika mexanizmləri də hazırlanmışdır və yaxın gələcəkdə məktəblərdə tətbiq ediləcəkdir. Antibullinqlə mübarizəyə dair 4 000 müəllimə və 2 000 nəfər məktəb rəhbərinə təlimlər keçirilmişdir".

"Eyni zamanda, ötən il “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili” qaydalarının təsdiq edilməsi, 226 məktəbdə 400 000-ə qədər şagirdi əhatə edən “Məktəblinin Dostu” layihəsi, müəllimlər üçün məktəb psixologiyası sahəsində ixtisasartırma təlimlərinin keçirilməsi, uşaq psixologiyası üzrə 800 nəfər psixoloq üçün təlimlərin keçirilməsi və hazırda da UNİCEF-in dəstəyi ilə davam edən 300 nəfər psixoloq üçün cəbhəyanı bölgələrdə təlimlərin təşkili Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlərə nümunədir. Məsələnin bir şəxsdən və ya qurumdan deyil, daha çox müxtəlif tərəflər arasında qurulan əməkdaşlıqdan asılı olduğuna inanır, məktəb, valideyn və geniş ictimaiyyətin bu məsələlərin həllində xüsusi rolu olduğunu qeyd etmək istəyirəm. Hər bir şagirdimizin psixoloji rifahı, sağlamlığı və təhlükəsizliyi Təhsil Nazirliyi üçün prioritetdir”, - deyə nazir qeyd edib.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› “İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Ramazan ayının təqvimi açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »