Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağa qayıdışla bağlı plan hazırlanıb – Rusiya mətbuatı
Şuşa şəhəri

Qarabağda qələbə qazanan Azərbaycanın qarşısında indi yeni məqsəd dayanır. Geri qaytarılan torpaqlarda infrastruktur bərpa olunmalıdır. Bunun üçün xeyli vəsait və qüvvə lazım gələcək.

Bizimyol.info xəbər verir ki, “Vedomosti” Azərbaycanın qarşısına qoyduğu hədəflə bağlı yazı hazırlayıb. Rusiya nəşri məqaləni “Azərbaycan Qarabağda bərpa işləriylə bağlı proqram hazırlayır” adlandırıb.

Müəllif Qleb Mişutin yazır ki, Azərbaycan keçən ilin payızında torpaqlarına nəzarəti bərpa edib, indi daha çox yeni infrastruktur yaratmaq haqda düşünür. Jurnalist Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanova istinadən Qarabağda bərpa işləriylə bağlı proqram hazırlandığını yazıb.

Professor Rusiya mətbuatına bildirib ki, bu istiqamətdə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılıq etdiyi 17 işçi qrup və qərargah məşğul olur. İşçi qruplar bölgənin yenidən qurulmasının ümumi planının parametrlərini müəyyənləşdirir, məcburi köçkünlərin doğma yerlərə qayıdışı yönündə işlər görür. İmanov deyib ki, qayıdış məsələsinin özünəməxsis mürəkkəbliyi var. Çünki kimin qayıdıb-qayıtmayacağını, nə vaxt belə addım atılacağını müəyyənləşdirmək asan deyil.

Mişutin qeyd edir ki, məcburi köçkünlərin istəkləri fərqlənir. Bəzisi evlərinin dağntılardan əvvəlki formasının bərpasını istəyir. Bir çox məcburi köçkün isə hər şeyə ağ vərəqdən başlamağa hazırdır. Yazıda 1994-cü ilə qədər 600 minə qədər azərbaycanlının doğma yurdunu tərk etdiyi bildirilib. İndi onların sayının 700 minə çatdığı yazılıb.

İmanov “Vedomosti”yə danışıb ki, geri qaytarılan ərazilərdə kənd təsərrüfatın inkişafı prioritet məsələdir. İnstitut rəhbəri bu istiqamətin ölkə iqtisadiyyatına da böyük xeyir verəcəyini deyib. Amma ərazilərin minalanması işləri bir az korlayır. İmanov torpaqların minadan təmizlənməsinin azı 10 il çəkəcəyini bildirib. Onun fikrincə, Qarabağa əvvəlcə maddi imkanı yaxşı olan azərbaycanlıların köçməsi yaxşı olar. Çünki həmin şəxslər müxtəlif sahələrə pul yatırar. Hərçənd, dövlət də yaxasını kənara çəkmir. İqtisadçı alim 10 il ərzində bərpa işlərinə 60 milyard dollar ehtiyac duyulduğunu dilə gətirib.

Mikayıl Cabbarov Mikayıl Cabbarov

İqtisadi İnkişaf naziri Mikayıl Cabbarov da “Vedomosti”yə ərazilərin minadan təmizlənməsinin vacibliyindən danışıb. Nazir gileylənib ki, Ermənistan hələ də mina yerlərinin ümumi xəritəsini təqdim etməyib. Cabbarov kənd təsərrüfatıyla yanaşı, turizmə və dağ-mədən sənayesinə də xüsusi diqqət ayrılmalı olduğunu bildirib. Zod qızıl yatağının üçdə iki hissəsinə nəzarəti bərpa etmək mümkün olub.

Xarici İşlər Nazirliyinin xüsusi səlahiyyətli səfiri Elşad İsgəndərov deyib ki, sovet dövründə yataqla bağlı Azərbaycan və Ermənistan arasında razılaşma olub. İndi Bakı İrəvanla danışıqlara ehtiyac duymadan qızıl yatağından istifadə edə bilər.

Bölgənin yenidən qurulmasına kənar investisiyalar da cəlb olunacaq. Cabbarov Naxçıvan dəhlizinin bərpasının bütün bölgə üçün böyük iqtisadi əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.

Paylaş »
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »