Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan bütün Ermənistanı nəzarətə götürə bilər" - Nazaryan
"Azərbaycan bütün Ermənistanı nəzarətə götürə bilər" - Nazaryan

“Ermənistan tezliklə Suriyaya dönəcək və Yerevanda hakimiyyət Rusiyanın ixtiyarına veriləcək. Bu barədə dəqiq məlumatımız var”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Ermənistan Respublika Partiyasının üzvü Levon Nazaryan səsləndirib.

"Faktiki olaraq Ermənistanın və xalqının gələcəyi təhlükə altındadır, Qərb Zaqafqaziyadakı maraqlarını Ermənistanın dağıdılması bahasına irəlilədir.  Yaxın zamanlarda Ermənistan daşж daş üstündə qalmayacaq. Bu, yeni bir "X zonası” olacaq. Ermənistanda hakimiyyətin Rusiya Federasiyasının nəzarətinə verilməsi məsələsinə baxılьфыж haqqında dəqiq məlumatım var”.

Partiya sədri deyib ki, Ermənistanda Kremlin təyin etdiyi qüvvələr hakimiyyətə gəlsə, o Qarabağ kimi tamamilə əlimizdən çıxmayacaq, əks halda tamamilə yoxa çıxmağımız an məsələsidir. “Hamıya aydındır ki, sabah Azərbaycan йцммэдэкш bütün Ermənistanı da öz nəzarətinə götürə bilər. Bu dəfə Bakıya 44 gün deyil, məsələn, 100 gün lazım olacaq. Ermənistan növbəti fəlakətə doğru gedir”, - deyə ekspert vurğulayıb.

Qeyd edək ki, hazırda Ermənistan mətbuatında Azərbaycanжт hücum edərək Zəngəzuru almaq planları barədə dezinformasiyalar yayımlanmaqdadır.Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyevin YAP qurultayında çıxışı zamanı “Ermənistanı sazişə əməl etməyə məcbur edəcəyik” deməsi qonşu ölkədə əməlli-başlı həyəcana səbəb olub.

Azərbaycan Ordusunun xüsusi hissələrinin iştirakı ilə hazırda Türkiyənin Qars vilayətində dərin qış şəraitində əməliyyatların praktiki məşqləri gedir.

Azərbaycan ordusu başdan-ayağa xüsusi təyinatlı qüvvələrdən qurulur. Martın 15-18-dək 10 min canlı qüvvənin iştirakı ilə hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının iştirakı ilə dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması məşqi ediləcək. Bütün bu məlumatları çox yəqin ki, Ermənistan kəşfiyyatı da bilməmiş deyil. Odur ki, düşmənin canına qorxu düşüb. Həm də əbəs yerə yox.

Azərbaycan nümayəndələri Şurnuxu kəndində Azərbaycan nümayəndələri Şurnuxu kəndində

Azərbaycanın qələbəsindən sonra Zəngəzurun bəzi kəndləri geri qaytarılıb. Baş verənlər Ermənistanda ağrı ilə qarşılanır. Bununla belə, Azərbaycan tərəfi ərazi məsələsində güzəştə getməyəcəyini dəfələrlə bəyan edib və əməlində də bu prinsipə sadiqlik nümayiş etdirir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »