Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Adəm əmi ilə leyləyin dostluğu dünya mediasının diqqətini çəkdi - Foto
Adəm əmi ilə leyləyin dostluğu dünya mediasının diqqətini çəkdi - Foto

Bursanın Eskikaraağac kəndində yaşayan pensiyaçı Adəm Yılmaz ilə Yarən adlı  hacıleyləyin dostluğu dillərə dastan olub.

Quşla qoca arasındakı dostluğun ömrü  artıq 10 ilə bərabərdir. Adəm Yılmaz Avropa leylək kəndləri şəbəkəsinin tək Türkiyə təmsilçisi sayılan  Eskikaraağac  kəndində yaşayır. O illər öncə təqaüdə çıxınca  kənddəki göldə balıqçılıqla məşğul olmağa başlayıb. Elə quşla dostluğuna da balıqçılıq rəvac verib.

“Günlərin birində heç gözləmədiyim halda qayığıma bir leylək qondu. Leyləklər insana çox yanaşmazlar. Düşündüm ki ya  acdır ya da yaralı. Yarası yox idi. Tutduğum balıqlarla onu yemlədim. Beləcə hər gün uçaraq qayığıma qonmaşağ başladı. Bu yayın sonuna qədər davam elədi. Gələn baharda Yarən yenidən qayığıma qondu və bu artıq 10 ildir beləcə davam edir.Bu il Yarən bir az gec gəldi. Nigaran qaldım. Leyləklərin ömrü  təxminən 10 il olur. Yarənin təxminən 11-14 yaşı var. Amma o yenə gəldi. Bu il mtəxəssislər  yuvasına kamera qoyub onun hərəkətini izləyirlər. Beləcə Yarən sənədli filmlərin baş qəhrəmanı rolunda çıxış edir”,- deyə Adəm Yılmaz   leyləklə dostluq tarixçəsini danışarkən bildirib.

Adəm Yılmazla Yarən leyləyin dostluğu barədə Yunanıstan, Almaniya, Avstriya mediasında xəbərlər dərc olunub. Hətta Yunanıstan bu barədə film çəkməyə də qərar verib.

Avstriya və Almaniyada isə insanla hacıleyləyin dostluğu dərs kitablarına  mövzu olaraq daxil edilib. Kənd əhalisi isə Yarənin varlığı ilə kəndə turist axınının başlamasından məmnundur.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »