Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis əməliyyat keçirilib: Ağcabədi sakinindən silah-sursat götürülüb
silah

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Bizim yol, info xəbər vrir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarəyə əvvəllər məhkum olunmuş Ağcabədi rayonunda yaşayan Qorxmaz Quluzadənin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə əməliyyat məlumatı daxil olub.

Baş İdarə və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs tutulub. Onun yaşadığı evə baxış zamanı 1 ədəd “Kalaşnikov” tipli avtomat, 1 ədəd “Makarov” markalı tapança, həmin silahlara məxsus ümumilikdə 26 ədəd patron və 2 ədəd sandıqça aşkar olunaraq götürülüb.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Qorxmaz Quluzadə barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »