Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karen Şahnəzərov: “Revanş xəyalları tamamilə boş məşğuliyyətdir”
Karen  Şahnazarov

“Ermənistan və Azərbaycan iqtisadi sahədə əməkdaşlıq edərlərsə, onda gec-tez, yəqin ki, tez zamanda ümumi dil tapacaqlar. Birgə yaşayışın başqa yolu sadəcə yoxdur. Revanş xəyalları isə tamamilə boş məşğuliyyətdir”.

“Report” xəbər verir ki, bunu rusiyalı kinorejissor, ictimai xadim, “Mosfilm” kinokonserninin baş direktoru və idarə heyətinin sədri, Rusiyanın Xalq artisti Karen Şahnəzərov “caliber.az”a müsahibəsində deyib.

“Erməni xalqı müharibədəki məğlubiyyəti ağrılı şəkildə qəbul etdi, bu başa düşüləndir. Ancaq buna dözmək lazımdır... Cəmiyyətin bir hissəsinin revanşist əhval-ruhiyyədə olduğu aydındır. Yəni gücümüzü toplayıb yeni müharibəyə başlayacağıq düşüncəsindədirlər. Fikrimcə, bu, tamamilə çıxılmaz bir yoldur. Ancaq mənə elə gəlir ki, ermənilərin əksəriyyəti buna meylli deyil. Əməkdaşlıq üçün imkan tapmaq lazımdır”, - o bildirib.

“Ümumilikdə bunu Bəyanatı (10 Noyabr) imzalayan Azərbaycan Prezidenti İlham Əliyevin böyük xidməti hesab edirəm. Axı Bakının əlində çoxlu “kartlar” var idi, lakin ən müdrik və düzgün seçim edildi”, - K.Şahnəzərov söyləyib.

Paylaş »
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Erməni məmur Rüstəm Muradovu ölümlə hədələdi
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Ərdoğan və Zelenskinin birgə mətbuat konfransı - Video
Son xəbərlər
Bütün xəbərlər »